Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Vitse-prezident: "Bu bizə böyük dərs oldu"

© Sputnik / Murad OrujovБакинский Олимпийский Стадион
Бакинский Олимпийский Стадион - Sputnik Azərbaycan
Abunə olmaq
"Çalışırıq bu gün təbliğat işləri aparaq ki, uşaq və gəncləri bu idman növünə cəlb edək ki, gələcəkdə heç bir idman növünə möhtac olmayaq"

BAKI, 8 avqust — Sputnik. Artıq bütün dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda daha bir idman federasiyası fəaliyyətə başlayıb. Bir neçə aydır Azərbaycan Futnet Assosiasiyası rəsmi şəkildə yaradılıb və sürətlə inkişaf edir. Bu idman növünün özəllikləri haqqında Sputnik Azərbaycan-a assosiasiyanın vitse-prezidenti Samir Məmmədov geniş məlumat verib.

© Sputnik / Murad OrujovAzərbaycan Futnet Assosiasiyasının vitse-prezidenti Samir Məmmədov
Azərbaycan Futnet Assosiasiyasının vitse-prezidenti Samir Məmmədov - Sputnik Azərbaycan
Azərbaycan Futnet Assosiasiyasının vitse-prezidenti Samir Məmmədov

— Samir Məmmədov üçün peşəkar futboldan Futnet-ə gəlmək çətin olmadı?

— Azərbaycan Futnet Assosiasiyasında icraedici işlə məşğul olduğum üçün mənə çətin olmadı. Düzdür, futnet oynaya bilirəm. Amma yaşım buna imkan vermir. Gənclər bu idmanla daha yaxşı məşğul ola bilərlər, onlara dəstək olmaq lazımdır. Bu idman növündə tək futbolu bilməklə kifayətlənmək olmaz. Eyni zamanda, idmançıda elastiklik də olmalıdır. Bunun üçün də gənc olmaq lazımdır. Bu idman növü iki yerə — Futtennis və futvoleyə bölünür. Futtennis tennis və futbolun, futvoley isə çimərlik futbolu ilə voleybolun birləşməsidir. Ümumiyyətlə, bu idman növünü oynamaq istəyənlər çoxdur. Amma peşəkarcasına oynaya bilməyəcəklərini anlayıb, hətta daxili turnirlərimizə belə qoşulmayanlar çoxluq təşkil edir. 

Mirçea Luçesku - Sputnik Azərbaycan
İDMAN
Baş məşqçi ulduz idmançını fikrindən döndərə bildi

 Futnet bizim üçün yeni idman növüdür. Amma milli komandamız artıq mövcuddur. Hansı idman növündən idmançıları cəlb etmisiz?

— Hələ ki, çimərlik futbolundan idmançıları cəlb etmişik. Çünki bu idman növünə haradasa yaxın idman çimərlik futboludur. Çimərlik futbolunda oynayan idmançılar artıq qumda oynamağa öyrəşiblər deyə onlara rahatdır. Amma həmin futbolçular üçün də çətindir, çünki bədənləri elastik olmadığı üçün onlara oynamaq çətin olur.

 Bir az öncə qeyd etdiniz ki, yaşınızla əlaqədar oynamırsınız. Bu idman növündə yaş həddi var?

— Futnetdə yaş həddi yoxdur. Mən əvvəl böyük futbolda qazandığım statusu qorumaq üçün oynamıram. Böyük futbol ilə futnet fərqli idman növləridir. Ona görə oynamamağı qərara almışam. Təbii yaş da öz sözünü deyir.

 Ən gənc federasiyalardansınız. Hər hansı uğurunuz var?

— Biz keçən il noyabr ayında Kiprdə keçirilən dünya çempionatına dəvət aldıq. Düşünürdük ki, bizim komanda bu oyunu yaxşı oynayır. Amma belə deyilmiş. Dünya çempionatında qarşılaşdığımız ən güclü komanda olan İsrail komandasının oyunundan sonra anladıq ki, biz üzərimizdə çox işləməliyik. Bir sözlə, bu bizim üçün dərs oldu. Və qərara gəldik ki, bu idman növünü daha da inkişaf etdirək.

© Sputnik / Murad OrujovSamir Məmmədov: futnet idman növü həm çətindir, həm də çox gözəldir
Samir Məmmədov: futnet idman növü həm çətindir, həm də çox gözəldir - Sputnik Azərbaycan
Samir Məmmədov: futnet idman növü həm çətindir, həm də çox gözəldir

 Hansı idman növündən idmançıları Futnetə cəlb etmək olar?

— Karate, taekvando və bu kimi şərq idman növlərini bilən idmançıları cəlb etmək lazımdır. Hansılar ki, onların ayaq əzələləri elastikdir. O idmançılardan yaxşı futnetçi çıxa bilər. Belə idmançıların topla rəftarını düzəldəndən sonra güclü futnetçi ola bilərlər. Onu da qeyd edim ki, futnetdə topla rəftar futboldakı kimi deyil, fərqlidir.

 Bu idman növünün digərlərindən fərqi nədədir?

— Futnet idman növü həm çətindir, həm də çox gözəldir. Oyun boyu musiqi sədaları ilə idmançılar fəndlər göstərərək yarışı daha da baxımlı edirlər. Hətta gələn olimpiya oyunlarında bu idmanın növlər siyahısına salınacağı istisna edilmir. Çünki Rio-2016 Olimpiya oyunlarında futneti test kimi daxil etmişdilər. Bu zaman çimərlik futboluna final oyununda 15 min tamaşaçı gəldiyi halda, futnetin finalını izləmək üçün 25 min tamaşaçı maraq göstərmişdi. Eyni zamanda, 45 ölkə bu oyunun Olimpiya idman oyunlarına daxil edilməsinə razılıq verib. Yəqin ki, yaxın gələcəkdə futnet idmanını olimpiya oyunlarında görə biləcəyik. Eyni zamanda, Futnetdə idmançının zədə alması sıfıra bərabərdir. Çünki burda idmançılar bir-biri ilə təmasda olmadığı üçün və zərbə vurmadığı üçün zədələnmə ehtimalı sıfıra bərabər olur. Yalnız idmançı öz səhvindən əzələ dartılması və digər yüngül zədələr ala bilərlər. Eyni zamanda, hakimdən asılı olmayan idman növüdür. Bacaran komanda qalib gələ bilər. 

Футбольное поле, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Azərbaycanlılar bu idman növlərinə maraq göstərirlər

 Azərbaycanda Futnet üzrə qadınlardan ibarət komanda mövcuddur?

— Bəli. Bizdə qadınlardan ibarət də milli komanda mövcuddur. Onlar da futboldan gəliblər. Çox yenidirlər, bir neçə aydır məşq edirlər. Çalışırıq bu gün təbliğat işləri aparaq ki, uşaq və gəncləri bu idman növünə cəlb edək ki, gələcəkdə heç bir idman növünə möhtac olmayaq.

— Qarşıda hansı planlarınız var?

— Dünyada bu idman növü oynanılır, amma mükəmməl deyil. İstəyirik ki, Avrasiya liqası yaradaq.

Xəbər lenti
0