Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İslamiadanın qızıl medalçısı: "Onları döyürdüm və..."

© Sputnik / Murad OrujovЗолотой медалист Мурад Агарзаев
Золотой медалист Мурад Агарзаев - Sputnik Azərbaycan
Abunə olmaq
"Qarnımın aşağı nahiyəsində yırtıq var idi, həkim əməliyyat etdikdən sonra bildirdi ki..."

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 31 iyul — Sputnik. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında, gimnastımız Murad Ağarzayev sərbəst hərəkətlər üzrə 14.400 xalla birinci yeri tutub. Bununla da idman karyerasında ulduzu parlayan idmançı, uğurları və gələcək planları haqqında Sputnik Azərbaycan-a danışıb.

- Adətən azərbaycanlı oğlanlar döyüş növlərinə üstünlük verirlər. Siz isə gimnastika idman növünü seçmisiniz. Bu idman növünü seçdiyinizə görə hərdən peşman olmursuz?

— Yox, heç vaxt peşman olmamışam. Etiraf edim ki, dava etməyi sevmirəm. Uşaq yaşlarından valideynlərim məni məcburi şəkildə gimnastikaya aparıblar. Çünki məndə qarnımın aşağı nahiyəsində yırtıq var idi. Həkim əməliyyat etdikdən sonra valideynlərimə bildirib ki, məni gimnastikaya qoysunlar, bədənim formalaşsın. Valideynlərim də həkimin sözünü dinləyərək məni gimnastikaya qoyublar. Mən getmək istəmirdim, indi isə bu idman həyatımın bir parçasına çevrilib. Artıq 11 ildir peşəkar idmandayam.

- Gimnastikanı atıb cüdo ilə də məşğul olmusuz. Fərqli idman olan cüdo ilə məşğul olmaq çətin olmadı?

— Gimnastikadan sonra hansı idmana gedirsənsə get, çox rahatdır. Hətta mən də 1 il cüdoya getdim, amma sonra yenidən gimnastikaya qayıtdım. Öz idmanıma qayıdanda mənim bütün elastikliyim itmişdi, o formanı almaq üçün 1 il əziyyət çəkməli oldum.

- Oğlanlar adətən idmançı olanda, xüsusilə döyüş növlərində güclərinə güvənirlər. Gimnastlar isə o qədər də döyüşə bilmirlər. Küçədə dava düşəndə nə edirsiniz?

— O, gimnast və ya boksçu olmağa baxmır. O, insanın özündən asılıdır. Uşaq vaxtı davalarım çox olub. Dava salan uşaqları vurmuşam, yəni onları döyürdüm və daha sonra məndən uzaq gəzirdilər. Davakar insan deyiləm, amma lazım gələndə qarşımdakı insana cavab verə bilirəm. Axırıncı dəfə 3 il əvvəl küçədə 10-cu sinifdə oxuyanda dalaşmışam.

- IV İslam Həmrəyliyi Oyunlarında ən böyük uğurunuzu qazandınız və məşhurlaşdınız. Bu medal sizə nə verdi?

— Ailəmin, müəllimimin illər ərzində üzərimdə çəkdikləri əziyyətlərinin bəhrəsini gördük.

- Murad Ağarzayev gimnastika ilə vidalaşsa, hansı sahədə özünü sınayacaq?

— Yalnız özümü gimnastikada məşqçi kimi görürəm. Başqa sahədə özümü təsəvvür edə bilmirəm. Eyni zamanda çəkdiyim əziyyəti yerə vurmaq istəmirəm.

- Gimnastikada bir neçə növ üzrə çıxışlar olur. Amma hər gimnastın öz sevdiyi gimnastika növü var. Sizdə sevimli növ sərbəst hərəkətlərdir. Digər növlərdə məşq etmək sıxıcı olmur?

— Əlbəttə, yox. Gimnastamsa, bu idmanın bütün növlərini sevməliyəm. Amma sevdiyim alət mənim üçün daha üstündür.

- Medal qazanmaq çətindir, ən çətini isə çempion adını qorumaqdır. İslam oyunlarında qızıl mükafatçı oldunuz. Qarşıdan gələn yarışlarda bu titulu qoruya biləcəksiniz?

— Söz verə bilmərəm. Çünki gimnastika idman yarışlarında şans önəmlidir. Hər şey ola bilər. Məsələn, mən İslamiadada dəstəli atda üçüncülüyə namizəd idim. Çıxışım zamanı qəfil yıxıldım, medal qazana bilmədim.

-Pul qazanmaq üçün idmandasan, yoxsa tarixdə qalmaq üçün?

— İstəyirəm, həm idman tarixində qalım, məni hamı tanısın, həm də ailəmi yaxşı dolandırmaq üçün pul qazanım.

Xəbər lenti
0