Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Prezident: "Dəniz Kuboku-2017” Azərbaycanın artan nüfuzunun nəticəsidir"

© AZƏRTACВ Баку состоялась торжественная церемония открытия Международных соревнований "Кубок моря-2017"
В Баку состоялась торжественная церемония открытия Международных соревнований Кубок моря-2017 - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident: "Dəniz Kuboku-2017”nin ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada artan nüfuzunun nəticəsidir"

BAKI, 1 avqust — Sputnik. “Dəniz Kuboku – 2017” beynəlxalq yarışlarının təntənəli açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubu oxunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, məktubu müdafiə naziri Zakir Həsənov oxuyub.

Dövlət başçısının məktubunda qeyd olunub ki, bu yarışların Xəzərdə Azərbaycanın ərazi sularında keçirilməsi təsadüfi deyil: “Azərbaycan artıq idman ölkəsi kimi tanınır və bu missiya bu gün də uğurla davam etdirilir. Bu yarışların ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada artan nüfuzunun, ordu quruculuğu sahəsində qazanılan uğurların nəticəsidir. Mən əminəm ki, bu yarışlar hərbçilərdə həmrəylik hissi oyatmaqla yanaşı yarış iştirakçılarının yadında xoş xatirə kimi qalacaq".

Prezident İlham Əliyev qeyd edib ki, bu yarışların Xəzər dənizinin sülh, mehriban qonşuluq hövzəsi kimi qalmasına öz töhfəsini verəcək: "İnanıram ki, bu yarışlar səmimi dostluq və qardaşlıq şəraitində keçiriləcək. Bütün komanda üzvlərinə uğurlar arzulayıram. Qoy güclü zəfər qazansın". 

Azərbaycanın Müdafiə naziri Pakistanın ölkəmizdəki səfiri ilə görüşüb - Sputnik Azərbaycan
Azərbaycan Pakistandan alınan hərbi təyyarələrdən məmnundur

Bu gün Dənizkənarı Milli Parkda (Saat qülləsinin qarşısında) “Dəniz Kuboku – 2017” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib.

“Beynəlxalq Ordu Oyunları — 2017” yarışları çərçivəsində avqustun 1-dən 11-dək Bakıda keçiriləcək “Dəniz Kuboku – 2017”nin açılış mərasimində ictimaiyyət nümayəndələri, şəhər sakinləri, hərbçilər və ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin nümayəndələri iştirak ediblər.

“Dəniz Kuboku – 2017” yarışlarında Azərbaycan, Rusiya, İran və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmi heyətləri, müşahidəçi qismində isə Türkiyə, Səudiyyə Ərəbistanı və Bəhreyn silahlı qüvvələrinin nümayəndələri iştirak edirlər. “Dəniz Kuboku — 2017”də Azərbaycan Hərbi Dəniz Qüvvələri G-124, G-122 gözətçi gəmiləri, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyası “Qrad Sviyajsk” kiçik raket, “CB-45” xilasetmə yedək gəmisi, İran Hərbi Dəniz Qüvvələri “Peykan” və “Cövşən” raket katerləri və Qazaxıstan Hərbi Dəniz Qüvvələri “Qazaxıstan” və “Sarıarka” raket-artilleriya və “Jayık” hidroqrafiya gəmiləri iştirak edəcək. 300-ə yaxın şəxsi heyətin iştirak edəcəyi “Dəniz Kuboku — 2017” yarışları 3 mərhələdə — artilleriya atəşlərinin yerinə yetirilməsi, gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı və dəniz hazırlığı üzrə keçiriləcək.

Mərasimdə Azərbaycanla bağlı video-çarx nümayiş olunub, yarışların simvolu olan qayıq meydana daxil olub. "Azərbaycan fanfarası" ilə tədbirin başlandığı elan olunub. Meydanda yarışlara qatılan komandaların keçidi olub, Azərbaycanın dövlət himni oxunub. Sonra “Beynəlxalq Ordu Oyunları — 2017” və “Dəniz Kuboku – 2017” yarışlarının bayraqları qaldırılıb. 

“SB-45” xilasetmə yedək gəmisi - Sputnik Azərbaycan
RUSİYA
Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

Mərasimdə çıxış edən “Dəniz Kuboku – 2017” beynəlxalq yarışları təşkilat komitəsinin sədri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov bildirib ki, Beynəlxalq Ordu Oyunları Rusiya Federasiyasının Müdafiə Nazirliyinin təşəbbüsü ilə təşkil olunub. Onun sözlərinə görə, Beynəlxalq Ordu Oyunlarının tərkib hissəsi olan “Xəzər-2015” müsabiqəsinin nəticələrinə görə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandası 3-cü, “Xəzər-2016” müsabiqəsində isə 2-ci yerə layiq görülüb və “Admiral-480” motorlu qayığı ilə mükafatlandırılıb. İki gün öncə isə III Beynəlxalq Ordu Oyunlarına Moskvanın Alabino poliqonunda start verilib. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri yarışların beş növündə güclərini sınayacaqlar.

N.Osmanov deyib ki,  III Beynəlxalq Ordu Oyunları çərçivəsində Azərbaycanda keçirilən “Dəniz Kuboku-2017” beynəlxalq yarışlarının şəffaf və yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb: "Azərbaycanın Xəzər dənizindəki ərazi sularında iştirakçılar üç mərhələ və altı epizodda yarışacaqlar. Onların Vətənimizdən xoş təəssüratlarla ayrılacağına əminəm. Beynəlxalq Ordu Oyunlarının digər yarışları kimi “Dəniz Kuboku-2017” də iştirakçı ölkələrin Silahlı Qüvvələri arasında qarşılıqlı etimad mühitinin inkişafına, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə, dostluq və rəqabət gücünün artırılmasına, şəxsi heyətin  döyüş və mənəvi-psixoloji hazırlıqlarının daha da yüksəlməsinə xidmət edəcək". 

Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan
TƏHLİL
İkinci Qarabağ müharibəsi başlayır?

Açılış mərasimində çıxış edən müdafiə naziri Zakir Həsənov isə Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubunu oxuyub. Sonra müdafiə naziri “Dəniz Kuboku – 2017” beynəlxalq yarışlarını açıq elan edib.

İyulun 29-dan avqustun 12-dək 5 ölkə — Azərbaycan, Belarus, Qazaxıstan, Çin və Rusiya ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları — 2017” yarışlarında Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər. “Beynəlxalq Ordu Oyunları — 2017” yarışlarında Azərbaycan hərbçiləri “Tank biatlonu”, “Səhra mətbəxi”, “Snayper həddi”, “Artilleriya atəşinin ustaları” və “Dəniz Kuboku – 2017” yarışlarına qatılıblar.

Avqustun 11-də “Dəniz Kuboku – 2017” beynəlxalq yarışlarının təntənəli bağlanış mərasimi keçiriləcək.

Xəbər lenti
0