Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

© AR Ministry of Defense“SB-45” xilasetmə yedək gəmisi
“SB-45” xilasetmə yedək gəmisi - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının gəmiləri Bakı sahillərindədir

BAKI, 23 iyul — Sputnik. Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Qrad Sviyajsk" kiçik raket gəmisi və "SB-45" xilasetmə yedək gəmisi iyulun 23-də Bakıya gəlib.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, gəmilərin səfəri Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək "Dəniz Kuboku — 2017" beynəlxalq yarışlarında iştirak etmək məqsədi daşıyır.

Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin iştirak edəcəyi yarışlar avqustun 1-dən 11-dək keçiriləcək.

Xəbər lenti
0