Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanlılar arasında qorxulu virus yayılıb — rəsmi açıqlama

Abunə olmaq
"Ola bilsin ki, o, infeksiya daşıyıcısı xaricdən gəlib, ya da yoluxmuş insanın vasitəsilə yayılıb"

BAKI, 21 iyul — Sputnik. Azərbaycanda "Denqe" virusu yayılmayıb. Bunu Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədov bildirib.

Çində quş qripi - Sputnik Azərbaycan
SƏHİYYƏ
Ölümcül virus geri qayıdır?

Qeyd edək ki, bu günlərdə Gürcüstanın azərbaycanlıların kompakt məskunlaşdığı Bolnisi rayonunda (Kvemo Kartli bölgəsi) "Denqe" virusu qeydə alınıb. Təhlükəli virus Fazisi kəndində cavan kişidə aşkarlanıb. Bolnisi rayonunun İctimai səhiyyə mərkəzinin direktoru Maka Mamardaşvili deyib ki, xəstədə virusun yüngül formasıdır və o, demək olar ki, sağalıb.

Bolnisiyə artıq entomoloqlardan ibarət qrup yollanıb və qrup 10 gün iş aparacaq. Əgər mütəxəssislər virusun daşıyıcısını aşkar etsələr, dezinfeksiya işləri aparacaqlar.

Azərbaycanlı ekspertin sözlərinə görə, Azərbaycana dünyanın istənilən yerindən bu virusa yoluxmuş, qızdırmalı adam gələ bilər: "Hazırda miqrasiya prossesi kifayət qədər aktivdir. Amma bu, Azərbaycan üçün o qədər də təhlükəli deyil".

"Əgər xəstə aşkarlansa, o, müalicəyə yönəldiləcək. Bu virusun yayılması ehtimalı praktiki olaraq 0%-dir. Çünki Azərbaycanda bu xəstəliyin daşıyıcısı olan ağcaqanadlar yoxdur" — deyə parazitoloq bildirib.

Onun sözlərinə görə, "Denqe" virusunu yayan xüsusi növ ağcaqanadlar var: "Onlar bizim ölkənin ərazisində mövcud deyil. Baxmayaraq ki, Azərbaycanda bir çox növ ağcaqanad var, amma "Denqe" virusunun daşıyıcısı olan həşaratlar yoxdur. Misal üçün Azərbaycanda bir çox ağcaqanad növü var ki, onlardan bir neçəsi malyariya yayırlar. Əks təqdirdə dəhşətli şeylər baş verərdi" — deyə mütəxəssis bildirir.

Qrip virusu, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda yayılan virusla bağlı müdhiş xəbər

S. Məmmədov qeyd edib ki, Gürcüstanda bu virusun necə peyda olduğu bilinmir: "Ola bilsin ki, o, infeksiya daşıyıcısı xaricdən gəlib, ya da yoluxmuş insanın vasitəsilə yayılıb. Amma Azərbaycanda "Denqe"nin yayılma təhlükəsindən danışmaq hələ ki, tezdir. Çünki hələ infeksiyanın heç bir işartısı yoxdur".

"Denqe" virusu ağcaqanad vasitəsi ilə yayılır, bu virus İkinci Dünya Müharibəsindən sonra tropik ərazilərdə, xüsusilə Afrikada geniş yayılıb. Son illərdə Brest və Odessanın şimalında, Rusiya və Ukraynanın cənubunda, eləcə də Gürcüstanda yayılıb. Gürcüstanda "Denqe" virusu ilk dəfə 2013-cü ildə və daha sonra 2016-cı ildə qeydə alınıb.

"Denqe" əsasən çirkli su hövzələrindən və ağcaqanadların insanları dişləməsi nəticəsindən yaranır. Bu infeksiyaya yoluxan xəstələrdə titrəmə, ürək ritminin artması, temperaturun yüksəlməsi, əzələ ağrıları, başgicəllənmə, ürəkbulanma, qusma, üzün şişməsi, gözlərin və boğazın qızarması, qaşınan qızartılar müşahidə edilir.

Ən pis halda mədə-bağırsaq qanaxması, qanqusma, qızdırma və ya təzyiqin kəskin düşməsi kimi hallar baş verə bilər. Vaxtında tədbir görüldükdə öldürcü virus sayılmır. Amma kifayət qədər neqativ təsirləri ola bildiyindən, təhlükəli sayılır.

Xəbər lenti
0