CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səfir: “15 iyul Türkiyə tarixinin dönüş nöqtəsidir”

© Sputnik / Irade JELILTürkiyənin Azərbaycandakı səfiri Erkan Özoral
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral - Sputnik Azərbaycan
Abunə olmaq
Çevriliş gecəsində Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidentinə zəng edib maraqlanan, dəstək olduğunu bildirən liderlərdən olub

BAKI, 12 iyul — Sputnik. Bu gün Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 2016-cı il 15 iyul tarixində Türkiyədəki çevriliş cəhdinin ildönümü ilə əlaqədar mətbuat konfransı keçirib. Sputnik Azərbaycan-ın məlumatına görə, konfransda çıxış edən səfir bildirib ki, 15 İyul Türkiyə tarixində ən önəmli bir gün kimi qalacaq: “Həmin gün millətin əzmi ilə xain çevriliş cəhdi yatırıldı. Bu, Türkiyə tarixində çox önəmli bir hadisə idi. Çevriliş gecəsində İstanbul səmasında görünən təyyarələr Türkiyə Cümhuriyyətinə qəsd edən xainlərin əlində türk millətinə qarşı istiqamətlənmiş ölüm maşına çevrilmiş, bunun nəticəsində 240 vətəndaşımız şəhid olmuşdu”.

Фетхуллах Гюлен в своем доме. США, Пенсильвания, 29 июля 2016 года - Sputnik Azərbaycan
FETÖ-nün Azərbaycan üzrə məsul şəxsi həbs olundu

Səfirin sözlərinə görə, Türkiyə Cümhuriyyəti uzun müddətdir ki, bu xain qruplaşma ilə mübarizə aparır. Fəqət iyulun 15-də həyata keçirilən çevriliş cəhdi dönüş nöqtəsinə çevrilib: “Çevriliş törətmək istəyənlər onlara qarşı olan müqaviməti əzmək üçün dövlətin bütün quruluşlarını bombalayardı. Ortaya çıxan video çəkilişlərdən məlum olur ki, xainlər bu addımları atarkən insanlıq adına heç nə düşünməyib, liderlərin aldıqları əmrləri həyata keçiriblər. Onlara insan demək mümkün deyil”.

Səfir bildirdi ki, 15 iyul Türkiyədə demokratiya baxımından böyük bir sınaq olub. Türk milləti həmin gün rəhbərinin arxasında durub və çevrilişçilərə qarşı böyük əzm göstərək həyatları bahasında demokratiyanı qoruyub saxlayıblar: "Vətəndaşlarımız tankların altında uzanaraq çevrilişçilərin qarşısını almağa çalışırdı. Onlar öz bədənlərini çevrilişçilərə sipər etmişdi. Düşünürəm ki, türk milləti 15 iyul imtahanını böyük bir müvəffəqiyyətlə keçib və 15 iyuldan sonra isə çevrilişçilər, FETÖ-çuları təmizləmək üçün hökumətə dəstək olub. 15 iyulu həyata keçirən xainlər özünü Məsih elan etmiş bir azğının arxasınca gediblər. Bu adam özünü peyğəmbər elan etməklə yanaşı Qurani Kərimin qalan əskiklərini özü yazdığını iddia edir. Və belə insanın arxasında gedənləri dövlətin, cəmiyyətin içindən təmizləmək vacibdir. 15 iyuldan əvvəl bu insanların təmizlənməsi istiqamətində görülən işlər 15 iyuldan sonra da böyük bir qərarlılıqla davam edib. Həmin gün 250 nəfər şəhid olub və 2000 nəfər vətəndaşımız yaralanıb".

Erkan Özoral hesab edir ki, Türkiyənin terrorla mübarizəsi keçən bir ildə də əzmlə davam etdirilib. Belə ki, çevriliş cəhdindən 45 gün sonra Türkiyə ordusu sərhədin hər tərəfindən Türkiyəyə təhlükə olan hədəflərə qarşı Azad Suriya Ordusu ilə birlikdə əməliyyata başlayıb və bu əməliyyat Əl-Baba qədər davam edib.

Səfirin sözlərinə görə, bu bir ildə Türkiyədə baş verən terror hadisələrinin sayında böyük bir azalma müşahidə olunub. Bu müddətdə çox sayda terrorçu zərərsizləşdirilib. Bu da dövlətin içində olan təşkilat mənsublarının azalması ilə reallaşıb. Səfirin qeyd edib ki, FETÖ mənsubları təkcə Türkiyədə deyil, öz əməllərini reallaşdıra bilmək üçün dünyanın hər yerində aktivdir: "Türkiyə Cümhuriyyətinin FETO ilə mübarizəsi təkcə Türkiyə sərhədləri çərçivəsində deyil. Eyni zamanda başqa ölkələrdə də FETÖ təşkilatına qarşı aktiv bir mübarizə aparılır. FETÖ ilə mübarizədə Azərbaycan tərəfi hər zaman dəstək olub. Çevriliş gecəsində Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidentinə zəng edib maraqlanan, dəstək olduğunu bildirən liderlərdən olub. Azərbaycan Türkiyəyə hər zaman dəstək olub və bundan sonra da olacağına heç bir şübhəm yoxdur. Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür. Biz terrorla mübarizədə Azərbaycanı hər zaman yanımızda hiss etmişik. Amma təəssüf olsun ki, bütün ölkələr Azərbaycan kimi davranmır. Bu gün bir çox ölkələr FETÖ mənsublarına qucaq açır. Onlar üçün təhlükəsiz bir sığınacaq yaradır. Ancaq bütün dünyanın görməsi lazım olan bir reallıq var ki, heç bir ölkə terrordan sığortalanmayıb. Təəssüf ki, bir çox ölkələr bizə dəstək vermir. Biz terrordan əziyyət çəkən bir ölkəyik, övladlarımızı terrora qurban verən bir xalqıq. Və bizə dəstək verməyən ölkələrdən də dəstək gözləyirik".

ABŞ Konqresi - Sputnik Azərbaycan
TƏHLİL
Silah, qan və FETÖ düyünü...

Erkan Özoralın fikrincə, FETÖ bu günə qədər dünyada görünməmiş təşkilatlanma nümayiş etdirib. Bir dövlətin içində təşkilatlanıb, dövləti içlindən yeməyə başlayıb və dövlətin imkanları ilə bu dövləti yıxmağa çalışıb: “FETÖ bunu olduğu bütün ölkələrdə edir. FETÖ-nun məqsədi təkcə Türkiyə deyil, bütün dünyanın rəhbəri olmaqdır. Bu səbəblə də bu təhlükəni hər kəs anlamalı və mübarizə aparmalıdır. O gecə qazi olanlardan biri Azərbaycanda yaşayır, o gecə şəhid olanlardan biri Azərbaycanda yaşayırdı və həyat yoldaşı da azərbaycanlı idi”.

Səfir bildirdi ki, təşkilatın rəhbərinin Türkiyəyə qaytarılması ilə bağlı müzakirələr davam etsə də, təəssüf ki, hələ bir nəticə verməyib. Amma bu mövzuda danışıqlar gedir.

Sonra səfir qeyd etdi ki, 15 iyul hadisələrindən sonra 140 min insan saxlanılıb və onlardan 45 minə yaxını həbs edilib.

Xəbər lenti
0