BAKI, 14 iyun — Sputnik. Malatya Prokurorluğu tərəfindən fərari olaraq axtarılan və FETÖ/PYD-nin, Azərbaycan üzrə qeyri-rəsmi məsul şəxsi olduğu bildirilən şəxs həbs olunub. Sputnik Azərbaycan Milliyet-ə istinadla xəbər verir ki, bu barədə Malatya Valiliyindən açıqlama verilib.
M.M. adlı şübhəlinin İstanbulda tutularaq Malatyaya aparıldığı bildirilir. O, polisdə dindirildikdən sonra məhkəməyə çıxarılaraq barəsində həbs qətimkan tədbiri seçilib və Malatya həbsxanasına göndərilib.