Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Region dövlətləri ümumi təhlükəyə qarşı

Suriya Demokratik Birlik Partiyasının (kürdcə: PYD - Partiya Yekıtiya Demokrat) silahlıları
Suriya Demokratik Birlik Partiyasının (kürdcə: PYD - Partiya Yekıtiya Demokrat) silahlıları - Sputnik Azərbaycan
Abunə olmaq
İraq, İran və Türkiyənin bu bəlaya qarşı silaha əl atacağı istisna edilmir

BAKI, 4 iyul — Sputnik. PKK terror təşkilatının Suriya qolu PYD-nin lideri Saleh Müslim, türk ordusuna qarşı ABŞ-dan yardım istəyib. Saleh Müslim, hazırda PYD-nin nəzarətində olan Suriyanın Afrin bölgəsinə Türkiyənin hərbi müdaxiləyə hazırlaşdığını deyib.

Saleh Müslim - Sputnik Azərbaycan
PKK-dan Amerikaya çağırış: türkləri durdurun

"Sultan Ərdoğanın Afrinə müdaxiləsinə əngəl olun. Türkləri dayandırın" — o bildirib.

Saleh Müslim oxşar çağırışı Rusiyaya da edib. Lakin Moskva bu çağırışa məhəl qoymayıb. Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında PYD terror təşkilatının dövlət qurmasına icazə verməyəcəklərini, hər an əməliyyat başlada biləcəklərini söyləmişdi.

Kürdüstan dövlətinin yaranması ideyası bölgə üçün müsbət perspektiv vəd etmir. Buna baxmayaraq, bəzi Qərb analitikləri "Kürdüstan ideyası"nı təqdir etməyə başlayıblar. Onların fikrincə, rəsmi Ankara kürdlərin müstəqilliyini dəstəklədiyini gizlətməyə çalışsa da, bölgədə müstəqil kürd dövlətinin meydana çıxması Türkiyə üçün enerji və iqtisadi maraqlar baxımından olduqca sərfəlidir.

Belə ki, de-fakto Kürdüstan muxtariyyəti, İraqın şimalındakı zəngin neft yataqlarından hasil olunan nefti Bağdadın başı üzərindən artıq dünya bazarlarına çıxarmağa başlayıb. Kürdlərin isə Bağdaddan müstəqil şəkildə neft ixrac etmək üçün ancaq bir yolu var — Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanı.

Analitiklərə görə, Ankaranın regionda aparıcı enerji nəqli mərkəzinə çevrilməyə yönəlmiş uzunmüdətli strategiyası məhz bölgədə müstəqil kürd dövlətinin yaradılmasını da nəzərə alır. Belə ki, Türkiyənin Egey sahillərində, Azərbaycanın investisiyası hesabına, SOCAR tərəfindən "Star" neftayırma zavodunun tikintisi gedir və layihənin qiyməti 6 milyard dollara yaxındır. Bu zavod işə düşəndən sonra Türkiyə neft məhsullarına olan tələbatını ödəyə biləcək və idxaldan azad olacaq. Zavodda isə Azərbaycan və Rusiya nefti ilə yanaşı, gələcəkdə "Kürdüstan" neftinin də emalı mümkündür.

Pentaqon - Sputnik Azərbaycan
ABŞ-dan kürdlərə mühüm dəstək

Lakin təhlillər onu deməyə əsas verir ki, Türkiyənin sərhədində müstəqil kürd dövlətinin yaradılmasının ən ağır zərbəsi Türkiyəyə dəyə bilər. Türkiyənin şərq bölgələrində kompakt yaşayan kürdlər, gələcəkdə həmin müstəqil kürd dövlətinə birləşmək üçün hərəkətə keçə bilərlər.

Kürdüstan dövlətinin yaradılmasının bölgəni çox ciddi təlatümlərə sürükləməsi istisna deyil. Müstəqil kürd dövlətinin yaradılması yaxın Şərqdə arzuolunan ideya deyil, bu, separatçılıq hərəkəti kimi qarşılanacaq. Çünki yaxın Şərqdə ərazilərin yenidən formalaşdırılması prosesinə başlanması ərəb dövlətlərinin hamısının, o cümlədən də Türkiyənin və İranın ciddi etirazına səbəb olacaq. Bu, bir barıt çəlləyinə bənzəyir və bu barıt çəlləyi ayrı-ayrı iri dövlətlərin əlində başqa dövlətlərə qarşı, o cümlədən Türkiyəyə qarşı istifadə olunacaq.

Analitiklər hesab edirlər ki, "Kürdüstan ideyası"na ABŞ razılıq verə bilər, lakin 26 ərəb dövlətinin heç biri, eləcə də Türkiyə və İran buna müşahidəçi qala bilməz. Ona görə də bu məsələ ətrafında bölgədə böyük müharibə vəziyyətinin yaranması ehtimalı yüksəkdir.

Siyasi araşdırmaçılar əmindirlər ki, bölgədə yeni bir dövlətin yaranması bütün dövlətləri narahat edir. Müstəqil kürd dövlətinin yaranması bölgədə yeni ittifaqların, məsələn, Türkiyə-Səudiyyə Ərəbistanı-İraq-Misir ittifaqının yaranmasına gətirib çıxara bilər. İraq, İran, Türkiyənin kürd dövləti ideyasına qarşı silahlı müqavimət göstərəcəyi də istisna edilmir.

Yaxın Şərq dövlətlərinin müxtəlif ölkələrinə yayılan kürd əhalisi arasında vahid məzhəbin və ən əsası ortaq dilin formalaşmaması da onların dövlətləşməsi qarşısında dayanan ciddi əngəllərdəndir. Ekspertlərin fikrincə, müxtəlif ölkələrdə yaşayan kürd xalqları yerli mədəniyyətlərlə inteqrasiya prosesi keçiblər. İraq, Suriya və İranda yaşayan kürdlər haqqında da eyni fikri söyləmək olar.

Vahid elmi və ədəbi dilin formalaşmaması, istər-istəməz dövlətin təməl şərtlərindən olan milli təhsil konsepsiyasının, elmi nailiyyətlərin qarşısını kəsən, məcburən başqa xarici dilli bir Kürdüstan ortaya çıxaran amilə çevrilə bilər. Kürdüstan öz dövlət dilini yarada bilməyəcəyindən, hansısa başqa millətin dilini götürməli, öz təhsil sistemini bu dil əsasında qurmalıdır. Bu zaman isə eyni dövlət ərazisində yaşayan xalqın ünsiyyət problemi ortaya çıxacaq…

Xəbər lenti
0