BAKI, 21 aprel – Sputnik. Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi (Pentaqon) İraqın şimalındakı kürd muxtariyyətinə 300 milyon dollar dəyərində hərbi texnika və silah-sursat göndərməklə bağlı Konqresə təklif göndərib.
Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti Pentaqonun təklifini müsbət dəyərləndirib. Əgər Pentaqonun tələbi Senatda qəbul edilərsə, hərbi texnika 1 ay ərzində İraqın şimalındakı kürd muxtariyyətinə göndəriləcək.