CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Miss Baku": Mənim qeyri-standart zahiri görkəmim var

Abunə olmaq
Gənc azərbaycanlı model onun ünvanına səslənən tənqidlərə fikir vermir və onlara yumorla yanaşır

BAKI, 30 iyun — Sputnik. Son zamanlar Azərbaycanda gənc qız və oğlanlar arasında model olmaq istəyənlərin sayı xeyli artıb. Amma hamını qısa müddətdə bu sahənin ən çox müzakirə olunan və populyar nümayəndəsi 15 yaşlı məktəbli Arzu Hüseynzadə heyrətləndirib. O, "Miss Baku" tituluna yiyələnəndən sonra şöhrət qazanıb. Hüseynzadə Sputnik Azərbaycan-a müsahibəsində özü haqqında ətraflı məlumat verib.

— Arzu, deyin görək, 15 yaşlı məktəbli necə model olmaq qərarına gəlib?

— Hazırda Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano sinfində təhsil alıram. Uşaqlıqdan model olmağı arzulamışam. Dünya podiumuna çıxmaq istəmişəm. Düşünürəm ki, indi arzumu reallaşdırmağın vaxtı gəlib. Musiqi və model ixtisaslarını birləşdirmək istəyirəm.

— Valideynləriniz model olmaq arzunuza necə münasibət bəslədilər? 

Молодая азербайджанская певица Хадиджа Ибрагимли-Манор - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı müğənni öz səsi və gözəlliyi ilə kanadalıları heyran edib

— Anam həmişə məni dəstəkləyib və hətta mənə şərait yaradıb ki, sevimli işimlə məşğul olum. O, inanırdı ki, mən modellik sahəsində hər şeyə nail olacağam, çünki bunun üçün bütün göstəricilərə malikəm. Uzun axtarışlardan sonra o, məni Bakıda Model Akademiyasına yazdırdı və mən burada çox şey öyrəndim. Sonra mənim "Miss və Mister Azərbaycan" milli müsabiqəsinin kastinqlərində iştiraka qəbul edilməyim üçün danışıqlar apardı. Onun dəstəyi mənim üçün çox vacibdir.

— Bəs 15 yaşında populyar olmaq necə hissdir?

— Bu hissi sözlərlə ifadə etmək mümkün deyil. Bu, mənə zövq verir. İstənilən adama insanlar tərəfindən tanındığını və sevildiyini bilmək xoşdur.

— Siz necə "Miss Baku" titulunun sahibi olduz?

— Yaş heç vaxt mənim üçün maneə olmayıb. Mən öz yaşımdan bir qədər böyük görünürəm. Münsiflər heyətinin üzvləri mənim yaşımı eşidəndə şoka düşmüşdülər. Onlar mənim müsabiqədə iştirakıma bir şərtlə razılıq verdilər ki, buna valideynlərim icazə versinlər. Valideynlərim də ki, məmnuniyyətlə icazə verdilər. 

İngilis aktrisası Odri Hepbern 1965-ci ildə - Sputnik Azərbaycan
Ötən əsr Hollivud gözəlliyinin simvolu

Rəqabət çox böyük oldu, çünki iştirakçılar arasında elə qızlar var idi ki, onlar bu sahədə ilk dəfə deyildilər. "Miss Baku" titulunun sahibi olmağı çox istəyirdim və heç düşünməmişdim ki, hamıdan irəli çıxa və qalib gələ bilərəm.

— Sizin qələbəniz çoxlu müzakirələrə səbəb oldu ki, 15 yaşında model olmaq olmaz…

— O adamlar məni tanımırlar və ona görə də, ünvanıma müxtəlif sözlər deyirlər. Əlbəttə, bu rəyləri, şərhləri oxuyanda pis oluram. Başa düşmürəm ki, tanımadığın adam haqqında bu qədər pis sözləri necə yazmaq olar. Ümumiyyətlə, çalışıram ki, onlara əhəmiyyət verməyim və onların tənqidlərini yumorla qarşılayıram.

— Sizcə niyə, Azərbaycanda model biznesi ilə məşğul olan qızlara münasibət neqativdir?

— Adamlar hesab edirlər ki, modellər yalnız soyunmaq və özlərini nümayiş etdirməklə məşğuldurlar. Onlara elə gəlir ki, əgər modelsənsə, əxlaqsızsan. Bu, çox yanlış mövqedir. Əgər insan əxlaqsızdırsa, deməli o, peşəsindən asılı olmayaraq belədir.

© Sputnik / Murad Orujov"Miss Baku" titulunun sahibi Arzu Hüseynzadə
Miss Baku titulunun sahibi Arzu Hüseynzadə - Sputnik Azərbaycan
"Miss Baku" titulunun sahibi Arzu Hüseynzadə

— Siz öz həmkarlarınızdan yaşınızdan başqa nə ilə fərqlənirsiniz? 

Miss & Mister Azerbaijan 2017 gözəllik müsabiqəsinin finalı - Sputnik Azərbaycan
FOTO
Azərbaycanın ən gözəlləri məlum oldu

— Düşünürəm ki, mənim qeyri-standart zahiri görkəmim var. Məhz buna görə də, çoxları məni əsl gözəl hesab edir. Uşaqlıqdan indiyə qədər məni digər millətlərin qızları ilə müqayisə edirlər. Əsasən deyirlər ki, mən əfqan qızlarına, fransızlara və s. oxşayıram. Bu isə mənim çox xoşuma gəlir.

— Sizin yaşda olan qız açıq-saçıq fotosessiyalara hazırdırmı, əgər işiniz tələb edirsə?

— Mənim üçün açıq planda fotosessiyalara çəkilmək problem deyil. Əgər tələb olsa, əlbəttə ki. Amma çimərlik geyimində şəkil çəkdirmək istəmirəm.

— Yeni müqavilələrlə bağlı müraciətlər olubmu?

— Mən hələ təzəlikcə məşhurlaşmağa başlayıram. Buna görə də hesab edirəm ki, hələ yeni təkliflər hələ tezdir. Amma əminəm ki, onlar tezliklə gələcək.

Xəbər lenti
0