BAKI, 31 may — Sputnik. Gənc Azərbaycan müğənnisi Xədicə İbrahimli-Manor Kanadada türk xalqlarının festivalı çərçivəsində solo konsertlə çıxış edib.
Bu barədə Sputnik Azərbaycan-a müğənninin özü məlumat verib. Azərbaycanlı müğənninin çıxışı açıq səma altında olub və saat yarım uzanıb. Müğənninin sözlərinə görə, festivalda digər ölkələrdən də müğənnilər iştirak edib.
"Tamaşaçılar mənim çıxışımı dinləyərək Azərbaycan musiqisinə heyran olmuşdular və hətta mənimlə birlikdə rəqs də etdilər. Mən öz konsertimi 28 May – Respublika Gününə həsr etmişdim" – deyə müğənni bildirib.
Qeyd edək ki, bu, İbrahimlinin öz yaradıcılığına uzun müddət ara verəndən sonrakı ilk çıxışı olub. O, Türkiyədə təhsil alıb, bir neçə il modelyer işləyib və sonra müğənni olmaq qərarına gəlib.