Prezident ailəsi ilə birlikdə Formula-1-in finalını izləyib

© AZƏRTACİlham Əliyev Formula-1 Azərbaycan Qran-Prisinin açılış mərasiminə və final yarışına baxıb
İlham Əliyev Formula-1 Azərbaycan Qran-Prisinin açılış mərasiminə və final yarışına baxıb - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyada yarım milyard tamaşaçı auditoriyası olan Formula-1 Bakıda uğurla başa çatıb.

BAKI, 25 iyun — Sputnik. Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri — Formula-1 Azərbaycan Qran-Prisi iyunun 25-də uğurla başa çatıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsinin — Azərbaycan Qran-Prisinin açılış mərasiminə və final yarışına baxıblar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yarışın paytaxtın Azadlıq meydanındakı idarəetmə mərkəzində yaradılan şəraitlə tanış olublar.

Böyük ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, Formula-1 rəhbərliyinin ofisləri, eləcə də iştirakçıların hər biri üçün dayanacaqlar tikilib. Burada Paddok klubun üzvləri üçün də yerlər nəzərdə tutulub. Paddok klubun üzvləri burada pit-stop əməliyyatlarını rahatlıqla izləyirlər. Məhz bu ərazidə yarışın startı və finişi yerləşir.

Формула-1 в Баку: тройка победителей - Sputnik Azərbaycan
İDMAN
Formula 1 Azərbaycan Qran Prisinin qalibi bəlli oldu

Formula-1 Azərbaycan Qran-Prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anları ilə yadda qalıb. Milli mədəniyyətimizi Formula-1 dəyərləri ilə birləşdirən açılış mərasimi bir çox milli rəmzlərin vəhdətini yaratmaqla yüzlərlə könüllü, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət heyət tərəfindən təqdim edilib. Bu anlar bir daha təsdiqləyib ki, dünyada yarım milyard tamaşaçı auditoriyası olan Formula-1-in Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirib.

Birinci Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarından sonra Formula-1 kimi mühüm yarışın Bakıda keçirilməsi Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləyir. Bütün bunlar Azərbaycanın dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetirincə olmasından qaynaqlanır.

Teatrlaşdırılmış səhnələrlə müşayiət olunan açılış mərasimində Azərbaycan mədəniyyətinin incə koloriti, milli rəqslərimiz və ən əsası da xalqımızın əsrlərdən bəri qoruyub saxladığı simvollar dünya tamaşaçılarına canlı yayımda nümayiş etdirilib. Beynəlxalq idman aləmi müstəqillik yolunda uğurla addımlayan Azərbaycanı bir daha tanıyıb.

Qədim tarixə, zəngin mədəniyyətə, milli-mənəvi dəyərlərə, ən əsası da parlaq idman ənənələrinə malik ölkəmizin güclü potensialı dünyaya bir daha nümayiş etdirilib. Dünya qarşıya qoyulan hər bir məqsədin, hər bir niyyətin sürətli inkişafı ilə örnək olan Azərbaycanda necə uğurla reallaşmasına şahidlik edib.

Квалификационный этап Гран-при Азербайджана Формулы-1 - Sputnik Azərbaycan
İDMAN
Azərbaycan Qran-Prisinə start verilib

Sonra Azərbaycan Respublikasının dövlət himni ifa olunub.

Daha sonra Formula-1 Azərbaycan Qran-Prisinin final mərhələsinə start verilib.

Hər birində iki pilot olmaqla komandaların bir gün əvvəl keçirilən sıralama yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın məsafədə "Mercedes"in pilotları Luis Hamilton və Valtteri Bottas dayanıblar. Onlar müvafiq olaraq, ilk iki pillədə qərarlaşıblar. İlk üçlüyü "Ferrari"nin pilotu Kimi Raykonnen tamamlayıb. Beləliklə, pilotlar qalib adı uğrunda mübarizəyə başlayıblar.

Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Pilotlar 20 çətin döngəsi olan trekdə 51 dövrə vurdular. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trek Bakının tarixi məkanlarından, dəniz sahilindən keçməklə azarkeşlərdə xoş ovqat yaradıb.

Yarışları 30 mindən çox tamaşaçının izləməsi üçün tras boyunca hər cür şərait yaradılıb. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edirdi.
Qeyd edək ki, Formula-1 Azərbaycan Qran-Prisinin qalibi "Red Bull Racing" komandasının üzvü Daniel Rikkiardo olub. Pilot məsafəni 2 saat 3 dəqiqə 55 saniyəyə qət edib.

İkinci yerə "Mercedes" komandasının üzvü Valtteri Bottas çıxıb. Üçüncü yerdə isə "Williams" komandasının pilotu kanadalı Lans Strol qərarlaşıb. Konstruktorlar kubokunun sahibi isə "Red Bull Racing" komandası olub.

Qalibin şərəfinə Avstriyanın və Avstraliyanın dövlət himnləri səsləndirilib.

Sonra qaliblərə mükafatlar təqdim olunub.

Xəbər lenti
0