Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Formula 1-ə dəstək turniri keçirildi

© Photo : "Dreamland" Qolf KlubuQolf Turnirinin qalibləri
Qolf Turnirinin qalibləri - Sputnik Azərbaycan
Abunə olmaq
Dörd saat müddətində davam edən turnirin sonunda qolfçular qala yeməyində bir araya gəliblər

BAKI, 20 iyun — Sputnik. 18 iyun 2017-ci il tarixində "Dreamland" Qolf Klubu 23- 25 iyun tarixlərində Bakı Şəhər Halqasında baş tutacaq beynəlxalq səviyyəli Azərbaycan Qran Prisinə dəstək məqsədilə Rəsmi Qolf Turnirinə ev sahibliyi edib.

Bu Qolf Turnirində 22 komandadan ibarət olmaqla Azərbaycan və qonşu ölkələrdən olan 88 qolfçu öz gücünü sınayıb. Uyğun hava şəraiti və qüsursuz qolf meydançası ilə, qolfçular "Dreamland" Qolf Klubunun və Bakı Şəhər Halqasının komandası tərəfindən ən xoş qonaqpərvərliyə şahid olublar. Gözəl keçən səhər yeməyindən sonra, komandalar qolf meydançasında 18 dəlik üzrə mübarizəyə başlayıblar. Dörd saat müddətində davam edən turnirin sonunda qolfçular qala yeməyində bir araya gəliblər. 

Bakı şəhər Halqası Əməliyyat Şirkətinin təmsilçisi Nigar Arpadarai - Sputnik Azərbaycan
Nigar Arpadarai: “Bu dəfə “Formula 1”də xaricilərə iki dəfə çox bilet satılıb”

Hər kəs tərəfindən gözəl oyun nümayiş etdirilən turnirdə "Dreamland" Qolf Klubunun koreyalı üzvləri Cunqvon Çoi, Cin Yub Çoi, Yunq Tae Son və Donq Seok Kvon 64 zərbənin yekununda 54.1 balla ən yüksək pilləyə layiq görülüb. 68 zərbənin yekununda 59.3 bal qazanan Deyvid Lousan, Con Kvinn, Qeyvin Makkenzi və Alan Ferguson ikinci yerdə qərarlaşıb. Üçüncü yer mükafatçıları isə 67 zərbə ilə 60.5 bal qazanan Darren Tomson, Corc Bol, Stüart Kinq və Din Makevan olub.

"Nearest the pin" yarışı üzrə ən yaxşı nəticəni 4-cü dəlikdə Alister Makdaf, 11-ci dəlikdə isə Din Makevan qazanıb. "Longest drive" yarışı üzrə ən yaxşı nəticəyə 3-cü dəlikdə Skot Bryus, 10-cu dəlikdə isə Darren Tomson yiyələnib.

Tədbirlə bağlı fikirlərini paylaşan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya üzrə rəhbəri Bülent Özərdim qeyd edib: "Bu artıq ikinci ildir ki, biz bu tədbirə dəstəyimizi nümayiş etdiririk. Biz bu qədər oyunçunu bir arada görməkdən və "Dreamland" Qolf Klubunun heyətinin qonaqpərvərliyinə şahid olmaqdan çox məmnunuq. Bu cür tədbirlər gələn həftəsonu Bakı Şəhər Halqasında baş tutacaq Formula 1 komandaları və pilotları arasında həyəcanlı rəqabət vəd edən yarış haqqında məlumatlılığı artırır."

"Biz Bakı Şəhər Halqasına 2017-ci il komandalararası "Scramble" formatında baş tutan turnirə göstərdikləri dəstək üçün öz dərin minnətdarlığımızı bildiririk. Biz böyük səbrsizliklə möhtəşəm Qran Prini və gələn həftə Azərbaycana gələcək turistləri gözləyirik" — deyə "Dreamland" klubunun direktoru Filip Cons vurğulayıb. 

Bakı gecələri Formula 1-in startını gözləyir - Sputnik Azərbaycan
VİDEO
Bakı gecələri Formula 1-in startını gözləyir

Azərbaycan Qran Prisi üçün tamaşaçılara müxtəlif biletlər təklif olunur. 22-25 iyun tarixlərini əhatə edən dördgünlük biletlərin qiyməti tribunadan asılı olaraq 250-690 AZN arasında dəyişir. Azyaşlılar üçün bütün tribunalara təklif olunan endirimli dördgünlük biletlər 175-480 AZN təşkil edir.

24-25 iyun tarixlərini əhatə edən ikigünlük biletlərin qiyməti 225-440 AZN, dənizkənarı bulvar ərazisində yerləşən ayaqüstü zonalar üçün birgünlük biletlərin qiyməti 60-150 AZN və Sahil və Sabir parklarındakı ayaqüstü zonaların hər ikisinə giriş imkanı verən birgünlük biletlərin qiyməti yarış günlərindən asılı olaraq 10-40 AZN arasında dəyişir.

Xəbər lenti
0