Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Sputnik Azərbaycana deyir ki, artıq hazırlıq işləri yekunlaşıb: “Biz bütün əməliyyatlarımızı hazır vəziyyətə gətirmişik. Tikinti işlərimiz demək olar ki, yekunlaşıb. Hazırda əsas işlər bulvar ərazisində gedir. Digər tərəfdən könüllülərimiz də, marşallarımız da bütün lazımi təlimləri keçiblər. Artıq bu gündən etibarən yollarda hərəkət də məhdudlaşdırılıb”.
“Bu günlər ərzində son tikinti işlərimizi yekunlaşdıracağıq. Yarışlara maraq çoxdur. Çünki bizim bilet satışlarımız kifayət qədər yaxşı gedir. Keçən illə müqayisədə xarici vətəndaşlara 2 dəfə çox bilet satılıb. Ona görə də əminik ki, bu dəfə də tamaşaçıların marağı çox olacaq” – deyə o bildirib.