Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Yeni dünyaya daşınan millət

© Flickr / piotr iłowieckiHollandiyanın Overijssel əyalətində yerləşən Giethoorn kəndi
Hollandiyanın Overijssel əyalətində yerləşən Giethoorn kəndi - Sputnik Azərbaycan
Abunə olmaq
Bu, elmi fantastika deyil, real addımdır

BAKI, 19 iyun — Sputnik. Əhalinin artımı və kənd təsərrüfatı təyinatlı sahələrin sürətlə azalması Hollandiya hökumətini maraqlı qərar verməyə vadar edib. Belə ki, bu ölkədə ilk dəfə olaraq su üzərində üzən fermer təsərrüfatları yaradılacaq.

Животноводческая ферма в Агдамском районе - Sputnik Azərbaycan
Dünyada ilk üzən fermalar yaradılacaq

Dünyanın ilk üzən süd məhsulları təsərrüfatının qurulmasına, ölkənin ikinci böyük şəhəri olan Rotterdamda qısa müddət içində başlanacaq. "Beladon" adlı şirkət tərəfindən inkişaf etdirilən və "AgriFood" adlı təşkilatla birlikdə həyata keçirilən layihə çərçivəsində, iki ayrı üzən təsərrüfat inşa ediləcək.

"Floating Farm" adı verilən təsərrüfatların birində 40 inək yer alacaq, digər təsərrüfatda isə 6 min toyuq yetişdiriləcək. Təxminən 2 milyon avroya başa gələcək üzən təsərrüfatlar əvvəlcə Rotterdamda, sonra isə Den Bosch şəhərində qurulacaq.

Layihənin yaradıcılarından olan Peter van Vingerden deyib ki, üzən ferma fikri elmi fantastika deyil, gələcəyə istiqamətli məntiqli bir addımdır. Çoxlu sayda təşkilatın dəstək verdiyi layihə, su baxımından zəngin olan ölkədə sürətlə artan əhali və gedərək azalan əkinçilik sahələrinə əhəmiyyətli bir alternativ olaraq qiymətləndirilir.

… Niderland Krallığı — Avropa qitəsinin qərbində yerləşən, 41.543 km² əraziyə (Azərbaycandan 2.1 dəfə az) və 16.8 milyon nəfər əhaliyə (Türkiyədən 5 dəfə az) malik olan bir ölkə. Bir zamanlar dünyanın bir çox bölgələrində torpaq ələ keçirmiş, sonradan Avropa qitəsindəki sərhədlərinə çəkilmiş bir dövlət. Və dünyada yeganə olaraq, ərazisinin 40 faizini başqalarının hesabına deyil, dənizi qurudaraq qazanmış bir xalq.

İndi həmin holland xalqı məhdud sayda ərazidə istədiyi iqtisadiyyatı, kənd təsərrüfatını inkişaf etdirə bilmədiyini anlayır və yeni ərazilər barədə düşünür. Bu yeni ərazilər qonşu Belçikanın filan qəsəbəsini qanunsuz şəkildə ilhaq etmək hesabına da mümkündür, Afrikanın qərbindəki hansısa dövlətin torpağına soxulmaq hesabına da. Amma…

Sınıq Körpü sərhəd-buraxılış məntəqəsində vəziyyət - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gürcüstana ayaq bassanız, başınıza gələcəklərdən agah olun

Bu xalq nə gözünü başqasının torpağına zillədi, nə də kiminsə sərvətinə əl qoyub, sümürüb satmağa çalışdı. Ağlını çalışdırdı. Okeana baş vurdu. Yeni texnologiyalar haqda baş sındırdı. Və istədiyinə nail oldu. Birinin toyuğuna daş atmadan, hansısa qonşunun əmlakını qəsb etmədən, başqalarının haqqına girmədən, öz hədəfinə ulaşdı.

Bizim bir rayonumuzun abadlaşdırılmasına ayırdığımız vəsait hesabına okeanın ortasında iki nəhəng təsərrüfat yaratdı Niderland xalqı. Sadəcə ağıl və iki milyon avro (3.8 milyon manat) qarşılığında, 17 milyon kv. metr əraziyə sahib olan Rusiya bazarını süd və ət məhsulları ilə təmin etmək imkanı qazandı bu millət.

Və həmin təsərrüfatlarda istehsal olunan məhsullar, Şərqin boz çöllərini aşaraq İndoneziyaya qədər gedib çıxacaq. O xalqların qida rasionuna daxil olacaq ki, onlar yüz illər boyu bir-biriləri ilə çarpışa-çarpışa sonsuz ərazilərə sahib olublar. Sonra da yorulub bir küncdə mürgüləməyə başlayıblar. Xəritədə adlarına yazılmış o ucsuz-bucaqsız torpaqlarda isə çaqqallar ulaşır — nə əkən var, nə biçən.

Bu arada, müqayisə üçün qeyd edək ki, heç bir təbii sərvəti olmayan, 41.543 km² əraziyə və 16.8 milyon nəfər əhaliyə malik olan Hollandiyanın dövlət büdcəsi 370 milyard dollar təşkil edir. Yəni, 1.7 milyon kv. metr əraziyə və 83 milyon nəfər əhaliyə malik olan, üstəlik işi-gücü neft "kaçat" edib satmaqdan ibarət olan İran İslam Respublikasının indi-indi artmağa başlayan büdcəsi ilə eyni.

Özləri deyəndə ki, "Hollandları Tanrı yaratdı, Hollandiyanı isə hollandlar", sözlərini qəribçiliyə salırıq…

Xəbər lenti
0