Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanın ilk lal-kar modeli dünyada tanınmaq istəyir

© Sputnik / Anar MustafayevModel Xalıq Məhəmmədzadə
Model Xalıq Məhəmmədzadə - Sputnik Azərbaycan
Abunə olmaq
Fiziki əngəlli azərbaycanlı model gələcəkdə çox populyar insan olacağına inanır

BAKI, 14 iyun — Sputnik. Dünyada çox sayda insan var ki, Allah onlara istedad verib, lakin müəyyən qabiliyyətlərini də əlindən alıb. Onlardan biri də lal-kar model Xalıq Məhəmmədzadədir. O, son zamanlar populyarlaşıb və son aylarda ölkədə ən çox müzakirə olunan insanlardan biridir. Şöhrət ona bir çox reklam layihələrində iştirakdan və Azərbaycan müğənnisi Günay İbrahimlinin kliplərinə çəkiləndən sonra gəlib. Fiziki məhdudiyyətlərinə baxmayaraq, o model biznesində fəaliyyətini davam etdirmək və öz ölkəsini bir çox beynəlxalq model layihələrində təmsil etmək istəyir.

Sputnik Azərbaycan-a müsahibəsində o, ilk dəfə özü, sevdiyi iş, sevdiyi qız və gələcək planlarından danışıb. Suallarımıza cavab verməsinə onu hər yerdə müşayiət edən və oğlunun həyatda nəyəsə nail olması üçün əlindən gələni əsirgəməyən anası Xədicə Məhəmmədzadə kömək edib. Özünün də qeyd etdiyi kimi, Allah doğuşdan ona eşitmək və danışmaq qabiliyyəti verməyib, amma böyük ürək və qeyri-adi istedad bəxş edib.

© Sputnik / Anar MustafayevModel Xalıq Məhəmmədzadə Sputnik Azərbaycana müsahibə verərkən
Model Xalıq Məhəmmədzadə Sputnik Azərbaycana müsahibə verərkən - Sputnik Azərbaycan
Model Xalıq Məhəmmədzadə Sputnik Azərbaycana müsahibə verərkən

— Xalıq Məhəmmədzadə kimdir?

— Mən Füzuli rayonunda anadan olmuşam. 24 yaşım var. Hazırda Bakı Humanitar Kollecinin rəsm fakültəsində təhsil alıram. Özümü qanandan həmişə rəsm çəkmişəm. Həm də plastilindən müxtəlif fiqurlar düzəltmişəm. Bu, mənim çox xoşuma gəlib. Amma ürəyimdə həmişə model və aktyor olmağı, filmlərdə oynamağı arzulamışam. Mən özümdə bu potensialı hiss edirəm. Anam həmişə məni dəstəkləyib və model olmaq arzumu çox yaxşı qarşılayıb. O, həmişə yanımdadır və mənə kömək etməyə hazırdır. Onun mövcudluğu mənim üçün çox vacibdir. 

Рустам Джабраилов, фото из архива - Sputnik Azərbaycan
Azərbaycanlı model uğurunun sirlərini açdı

— Artıq özünüzü populyar insan hesab edirsiz?

— Bəli, məni tez-tez küçədə tanıyırlar. Bu, mənə xoşdur, eyni zamanda uyğun deyil. Mən də hamı kimi adi adamam. Həmişə məşhur şəxs olmaq istəmişəm. İstəmişəm ki, məni tanısınlar. Amma böyük şöhrət hələ məndən uzaqdadır.

— Sizə model biznesinə daxil olmaqda kim kömək edib?

— Məni Mübariz Allahverdi öyrədib. Altı ay ərzində o, mənə model olmaq üçün dərs verib, podiuma necə çıxmağı, fotoçəkilişlər zamanı necə dayanmağı öyrədib. Mən buna görə ona çox minnətdaram. Hazırda digər modellərlə yanaşı milli gözəllik müsabiqəsinin də iştirakçısıyam. Bu layihənin təşkilatçısı Zamir Quliyevdir. O, söz verib ki, mənə gələcək karyeramda kömək edəcək. 

© Sputnik / Anar MustafayevModel Xalıq Məhəmmədzadə: Çox istəyirəm ki, Azərbaycanı xaricdəki gözəllik yarışlarında təmsil edim
Model Xalıq Məhəmmədzadə: Çox istəyirəm ki, Azərbaycanı xaricdəki gözəllik yarışlarında təmsil edim - Sputnik Azərbaycan
Model Xalıq Məhəmmədzadə: Çox istəyirəm ki, Azərbaycanı xaricdəki gözəllik yarışlarında təmsil edim

— Azərbaycanda model olmaq sərfəlidir?

— Hesab edirəm ki, hazırda bizim ölkədə model biznesi orta səviyyədə inkişaf edir. Amma əminəm ki, gələcəkdə hər şey daha yaxşı olacaq. Çox istəyirəm ki, ölkəmizi xaricdəki gözəllik yarışlarında təmsil edim. Ümumiyyətlə, xaricə getməyi və orada öz sevimli işimi davam etdirməyi planlaşdırıram. Xüsusilə də Amerikaya getməyi arzulayıram.

© Sputnik / Anar MustafayevXalıq Məhəmmədzadə: Anam həmişə məni dəstəkləyib
Xalıq Məhəmmədzadə: Anam həmişə məni dəstəkləyib  - Sputnik Azərbaycan
Xalıq Məhəmmədzadə: Anam həmişə məni dəstəkləyib

— Oğlan modellər arasında rəqabət böyükdür?

— Mən heç kimlə rəqabət aparmıram, onların hamısı mənim dostlarımdır.

© Sputnik / Anar Mustafayev"Əgər Allah məni belə yaradıbsa, elə belə də olmalıdır"
Əgər Allah məni belə yaradıbsa, elə belə də olmalıdır - Sputnik Azərbaycan
"Əgər Allah məni belə yaradıbsa, elə belə də olmalıdır"

— Öz fiziki çatışmazlığınızla bağlı kompleksiniz var?

— Heç bir damcı da. Əgər Allah məni belə yaradıbsa, elə belə də olmalıdır. Mənim heç vaxt kompleksim olmayıb və özümü heç vaxt danışan və eşidən ictimaiyyət arasında narahat hiss etməmişəm. Həmişə düşünürəm ki, mənim kimi insanlar çoxdur. Mən heç nə eşitmirəm, amma səhnəyə çıxanda musiqini hiss edirəm. Model karyeramla yanaşı mənim aktyorluq qabiliyyətim də yaxşı inkişaf edib. Mən asanlıqla istənilən obraza girə bilərəm.

— Öz formanızı necə saxlayırsız? 

Молодая азербайджанская певица Хадиджа Ибрагимли-Манор - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı müğənni öz səsi və gözəlliyi ilə kanadalıları heyran edib

— Çox az yeyirəm və demək olar ki, hər gün idmanla məşğul oluram. Çalışıram ki, özümü daim formada saxlayım. Hazırda mənim çəkim 85 kq-dır, boyum isə 188 sm.

— Sevdiyiniz qız var?

— Mən uzun müddət ağıllı qız axtarmışam və nəhayət Könül adlı qızı sevmişəm. O, mənimlə eyni kursda oxuyub. Biz artıq 3 ildir ki, bir yerdəyik. Məndən fərqli olaraq o eşidir və danışır. Mənim anam ona jestləri öyrədib ki, biz asan ünsiyyət qura bilək. Gələcəkdə onunla evlənməyi planlaşdırıram. Amma əvvəlcə öz karyeramda uğur əldə etmək istəyirəm.

Xəbər lenti
0