Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı model uğurunun sirlərini açdı

© Photo : Facebook / Rustem JabrayilovРустам Джабраилов, фото из архива
Рустам Джабраилов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Amerikada yaşamaq azərbaycanlı modeli müxtəlif ağır peşələrdə işləmə vadar edib

BAKI, 10 may — Sputnik. Hazırda bizim ölkəmizdə xeyli model var, amma onların heç də hamısına xaricdə şöhrət qazanmaq nəsib olmayıb. Kişilər arasında dünya podiumuna çıxmağa nail olan yeganə azərbaycanlı model Rüstəm Cəbrayılovdur. Onu "Ən yaraşıqlı azərbaycanlı" adlandırırlar. Şöhrət ona Best Model of the World beynəlxalq gözəllik müsabiqəsində qələbə qazanandan sonra gəlib. Cəbrayılov uzun müddət Amerikada yaşayıb, hazırda müvəqqəti olaraq Bakıya gəlib. O, ABŞ-dakı həyatından Sputnik Azərbaycan-a müsahibəsində danışıb.

— Rüstəm, siz dörd il Amerikada yaşamısız, amma o, sizi heç cür dəyişməyib. Siz elə "bakılı qaqaş" olaraq qalmısız…

— Dəyişiklik olub, əlbəttə. Orada yaşadığım bütün ötən dörd il mənim üçün ən gözəl və eyni zamanda çətin illər olub. Çünki xaricdə istənilən sahədə şöhrət qazanmaq rəqabətin böyük olması səbəbindən çox çətindir. Amerikada mən Azərbaycan dilində danışmağı davam etdirirdim, baxmayaraq ki, ingilis dilində də danışırdım. Mənim dostlarım buna vərdiş etmişdilər və həmişə məndən sözlərin tərcüməsini soruşurdular. Buna görə də, məndə dediyiniz dəyişiklik bir o qədər də hiss olunmur. 

Braziliyalı model Larissa Gacemer - Sputnik Azərbaycan
Braziliyalı model: "Nə mutlu türküm deyənə!"

— Amerikalılarla birlikdə yaşamaq çətin deyil ki?

— Düzünü desəm, mənə bu suala cavab vermək çətindir. Bilirsiz, Amerika elə bir ölkədir ki, orada sənin harada doğulduğun heç kəsi maraqlandırmır. Orada müxtəlif millətlərdən olan insanlar yaşayır. Onların hamısı orada bərabərdir. Ona görə də, orada heç vaxt özümü yad hiss eləməmişəm. Mən əsasən Nyu-Yorkda yaşamışam. Hərdən orada həmvətənlərimlə görüşürdüm və sevinirdim ki, onlarla Azərbaycan dilində danışa biləcəm. Biz tez-tez birlikdə vaxt keçirirdik və mən onların toylarında olmuşam. Modellərə gəlincə, mən orada yeganə azərbaycanlıyam.

— Rüstəm, siz ixtisasca coğrafiya müəllimisiz, lakin həmişə moda sənayesində işləmisiz. Niyə?

— Düzünü desəm, zahiri görkəmim həmişə diqqət çəkib. Bir dəfə metrodan çıxıb məşğələyə gedəndə məni iki tanımadığım adam saxladı və model işini təklif etdi. Mən çox düşündüm. Çünki həmin vaxt Azərbaycanda bu sənətə yaxşı baxmırdılar. Lakin sonra dostların məsləhəti ilə yoxlamaq qərarına gəldim. Və beləcə bu sənətə gəldim. Bundan sonra məni model kimi bir çox reklam layihələrinə çəkilməyə dəvət etdilər.

— Hazırda bizdə kişi modellərin sayı çoxdur. Lakin onların arasında yalnız siz dünya podiumuna çıxmaq arzusunu reallaşdıra bildiniz. Bunu necə etdiz?

— Amerika elə ölkədir ki, hər kəs ora getmək, orada yaşamaq və işləmək istəyir. Belə bir şans ələ düşəndə, mən ora getmək qərarına gəldim. Düzü orada mənim kimi modellər çoxdur. Ona görə də heç model biznesində işləməyi planlaşdırmamışdım da. Orada mənə çox çətin idi. Hələ Bakıda olarkən, mən tez-tez amerikan filmlərinə baxırdım. Orada Amerikada yaşamaq üçün eyni vaxtda bir neçə yerdə iş axtaran və işləyən adamları göstərirdilər. Bu, mənim də başıma gəldi. Əvvəlcə adi restoranda işləməyə başladım. Orada restoran işçisinin həyat yoldaşının diqqətini cəlb elədim. O, şou-proqramlar təşkil edirdi. O, Amerikanın hansısa model agentliyində işləyirdi. Məhz o, məni bu biznesə dəvət etdi. 

Белый дом - Sputnik Azərbaycan
"Mühacirlər Amerika dəyərlərini sevməlidirlər"

Bundan sonra nümayişlərdə iştirak etməyə başladım və məşhur brendlərin reklamlarında çəkildim. Nyu-Yorkun mərkəzində öz şəkillərim olan plakatları görmək mənə xoş oldu. Təəssüf ki, modellərin işi həmişə olmur, əlavə işləyib qazanmaq lazım gəlir. Buna görə də bəzən şüşəkəsən, bəzənsə həkim köməkçisi işləməli oldum. Amerikada iri məbləğdə vergi ödəmək lazımdır. Ona görə də, bir neçə iş yeri tapmağa məcbursan.

— Deyilənə görə model oğlanlar qızlarla müqayisədə elə də böyük qonorar ala bilmirlər. Model biznesində cinsi diskriminasiya var?

— Bəli, var. Qız modellərə həmişə iş var. Onlar hətta hansısa kosmetika firmalarının reklamlarına çəkilə bilirlər. Kişilərin isə belə bir imkanı yoxdur. Biz yalnız şampunları, üz qırxmaq üçün kremləri və geyimləri reklam edə bilirik. Kişilərin reklam edə biləcəyi mallar azdır.

— Siz artıq xeyli vaxtdır ki, Azərbaycandasız və bu vaxt ərzində hətta Azərbaycan bədii filmi olan "Don Marleone"yə çəkilməyə vaxt da tapmısız…

— Bakıya gələndə bir müddət öz model karyerama ara vermək qərarına gəldim. Hazırda aktyorluğa daha çox üstünlük verirəm. Bu, mənim iştirak üçün dəvət edildiyim ilk filmimdir. Bu səhnələr kəskin süjetli triller janrında çəkilib. Burada 20-ci əsrin əvvəllərindəki Amerika qanqsterləri və mafiyalarının həyatından bəhs edilir. O, daha çox məşhur "Xaç atası" filmini xatırladır. Kadrlar yüksək səviyyədə çəkilib. Ona görə də hamıya ona baxmağı məsləhət görürəm. Azərbaycanda hələ belə film olmayıb. 

—  Amerikaya qayıtmaq fikriniz var?

— Hələlik yox. Mənim Azərbaycanda çox böyük planlarım var. Eyni zamanda bir neçə xarici layihələrim də var ki, hələlik onları açıqlamaq istəmirəm.

Xəbər lenti
0