CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşsizlər üçün xoş xəbər

© Sputnik / Murad OrujovЗдание Милли Меджлиса
Здание Милли Меджлиса - Sputnik Azərbaycan
Abunə olmaq
Qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir

BAKI, 13 iyun — Sputnik. Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında yeni "İşsizlikdən sığorta haqqında" qanun layihəsi ilk oxunuşda müzakirə edilib.

Sputnik Azərbaycan xəbər verir ki, qanunun məqsədi Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir.

Салим Муслимов, министр труда и соцзащиты населения Азербайджана - Sputnik Azərbaycan
CƏMİYYƏT
İşsizlik müavinəti üç dəfə artırılacaq

Layihə barədə Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. Onun sözlərinə görə, 4 fəsil, 26 maddədən ibarət olan qanun layihəsində işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondunun yaradılması və bu fondun maliyyələşməsi ilə bağlı detallar əksini tapıb. 

Qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir. Bu qanun siyasi vəzifə tutan şəxslərə şamil edilmir.

İşsizlikdən sığorta — bu qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır.

Qanun layihəsində sığorta ödənişinin 3 növü — əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi müəyyən edilib. Layihəyə görə sığorta ödənişi sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əmək haqqının məbləğinə müəyyən faiz dərəcələri tətbiq olunmaqla hesablanır. Başqa sözlə, işçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda onun itirilmiş orta aylıq əmək haqqının məbləğinin 50%-i, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55%, sığorta stajı 10 ildən yuxarı olduqda 60% məbləğində işsizliyə görə aylıq sığorta ödənişi veriləcək. 

Saatlıda keçirilən müşavirədə Azərbaycan prezidenti İlham Əliyevin çıxışı - Sputnik Azərbaycan
İlham Əliyev: “Azərbaycan işsizliklə mübarizədə nümunəvi ölkə kimi göstərilir”

Sığorta haqqı sığorta tarifləri əsasında sığortaedən tərəfindən hesablanır. Sığorta haqları üzrə vəsaitlərin toplanmasını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hər ay üçün hesablanmış sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödənilir.

Qanun layihəsinin 2018-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Layihə ilk oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbər lenti
0