CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşsizlik müavinəti üç dəfə artırılacaq

© Photo : REPORTСалим Муслимов, министр труда и соцзащиты населения Азербайджана
Салим Муслимов, министр труда и соцзащиты населения Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir: "Məşğulluğa ayrılan vəsait 3 dəfədən çox artırılacaq"

BAKI, 2 iyun — Sputnik. "İşsizlikdən sığorta haqqında" qanun layihəsi parlamentdə müzakirə edilir və cari ildə qəbul olunması nəzərdə tutulur. Bu qanunun 2018-ci il yanvarın 1-dən qüvvəyə minməsi planlaşdırılır.

Milli Məclis - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycan əhalisinin gəlirləri 8 dəfə artıb

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Bakıda təşkil etdiyi "Avropa Sosial Xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların möhkəmləndirilməsi" seminarında deyib.

Nazir bildirib ki, bu il məşğulluq məsələlərinə, ümumilikdə 27 milyon manat vəsait ayrılıb: "Azərbaycan Prezidentinin Ehtiyat Fondundan isə 6 milyon manat yönəldilib. Qanun layihəsi qəbul edilərsə, növbəti ildə məbləğ 90 milyon manat olacaq".

"Yəni, 1 il ərzində həmin məbləğin 3 dəfədən çox artması nəzərdə tutulub. Bu da özünəməşğulluq proqramlarının tətbiqinə imkan verəcək. İşsizlik müavinətinin 3 dəfə artırılmasına imkan verəcək" — nazir vurğulayıb.

Xəbər lenti
0