CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev: “Azərbaycan işsizliklə mübarizədə nümunəvi ölkə kimi göstərilir”

© Official website of President of Azerbaijan RepublicSaatlıda keçirilən müşavirədə Azərbaycan prezidenti İlham Əliyevin çıxışı
Saatlıda keçirilən müşavirədə Azərbaycan prezidenti İlham Əliyevin çıxışı - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident qeyd edib ki, ilin əvvəlindən təkcə ictimai işlərə 40 mindən çox vətəndaş cəlb edilib, 40 mindən çox yeni iş yeri ancaq dövlət sektorunda yaradılıb

BAKI, 28 mart — Sputnik. “Biz yeni iş yerləri yaratmalıyıq. Çünki biz işsizliyi daim aşağı səviyyədə saxlamalıyıq. Bu gün dünya miqyasında işsizliklə mübarizədə Azərbaycan nümunəvi ölkə kimi göstərilir. Çünki bizdə işsizlik çox aşağı səviyyədədir və aşağı səviyyədə qalmalıdır”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Saatlıda keçirilən müşavirədə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident bildirib ki, bəzi qonşu ölkələrdə işsizlik artıq böhran həddinə çatır, eyni zamanda, orada demoqrafik böhran yaşanır: “Bizdə isə əhali artır. Əhali artdıqca biz yeni iş yerləri haqqında düşünməliyik. Əhalinin artımı çox müsbət göstəricidir və müsbət prosesdir. Azərbaycan əhalisi on milyona yaxınlaşır. Bu, yaxın gələcəkdə tarixi nailiyyət olacaq. Ancaq, eyni zamanda, bu, bizim qarşımızda yeni vəzifələr qoyur. Biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq ki, işsizlik aşağı səviyyədə olsun. Ona görə məşğulluq üçün pambıqçılığın çox böyük xeyri var”.

Dövlət başçısı qeyd edib ki, ilin əvvəlindən təkcə ictimai işlərə 40 mindən çox vətəndaş cəlb edilib, 40 mindən çox yeni iş yeri ancaq dövlət sektorunda yaradılıb: “Dövlət şirkətlərində, dövlət qurumlarında, yerli icra orqanlarında 40 mindən çox vətəndaş artıq işlə təmin edilib. Bu, təmir-tikinti işləridir, bu, yaşıllıqlara qulluq etmək üçün nəzərdə tutulan iş yerləridir”. 

Xəbər lenti
0