Valyuta dəyişmək istəyirsinizsə, bu xəbəri qaçırmayın

© Sputnik / Irade JELILМанаты и доллары, фото из архива
Манаты и доллары, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hərracda ərəfəsində "qara bazar"da dollar neçəyədir və valyuta dəyişmək üçün ən sərfəli banklar hansılardır?

BAKI, 8 iyun — Sputnik. İyun ayının 8-da "qara bazar"da dolların məzənnəsi dəyişməyib. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən səhər saatlarında dolların alışı 1.6850 manat, satışı isə 1.6900 manat olaraq qalıb.

Доллары в руке - Sputnik Azərbaycan
Dollar bu sürətlə gedərsə...

Dollardan fərqli olaraq, avro "qara bazar"da ucuzlaşıb. Belə ki, Avropa valyutasının alışı hazırda 1.8900 manatdan 1.8700 manata, satışı isə 1.9000 manatdan 1.8900 manata düşüb.

Qeyd edək ki, bu gün növbəti valyuta hərracı keçiriləcək. Hərracda dolların məzənnəsi ilə bağlı ciddi dəyişikliyin gözlənilməməsi ABŞ valyutasının məzənnəsini stabil saxlayıb.

Bu arada, iyun ayının 8-də xarici valyuta satan bankların sayı 31-ə çatıb. Dollar/avro alıb-satmaq üçün ən sərfəli bankların siyahısını təqdim edir:

Dollar qiymətləri

Bu gün dolları ən yüksək qiymətlə alan "Access Bank", "Günaybank" və "Kapitalbank"dır – 1.6900 manat.

Dolları ən aşağı qiymətə alan bank isə "NaxçıvanBank"dır. Bu bankda dolların alış qiyməti 1.6300 manatdır.

ABŞ dollarının ən aşağı satış qiyməti "DəmirBank" dadır – 1.6930 manat.

Вклады в манатах и долларах - Sputnik Azərbaycan
Manatı olanlara şad xəbər

Bu gün dolların ən baha məzənnəsi 1.7100 manatdır. Bu məbləğdə dolları "ASB Bank" və Pakistan Milli Bankının Bakı filialı satır.

Avro qiymətləri

Bu gün Avropa valyutasını ən baha alan "Amrahbank" və "Günaybank"dır. Bu banklarda 1 avro 1.9000 manata alınır.

Avronu ən ucuz alan "NaxcıvanBank"dır – 1.8450 manat.

Avronu ən ucuz satış qiyməti "TuranBank"dadır – 1.9162 manat.

Avronun ən baha satış qiyməti 1.9545 manatdır. Bu gün "Yapı Kredi Bank Azərbaycan" Avropa valyutasını həmin məzənnə ilə satır.

Xəbər lenti
0