Manatı olanlara şad xəbər

© Sputnik / Murad OrujovВклады в манатах и долларах
Вклады в манатах и долларах - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün səhər saatlarında dolların alışı 1.6850 manatdan 1.6800 manata, satışı isə 1.6900 manata düşüb

BAKI, 5 iyun — Sputnik. Bu gün "qara bazar"da dollar ucuzlaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən səhər saatlarında dolların alışı 1.6850 manatdan 1.6800 manata, satışı isə 1.6900 manata düşüb.

US-Dollar - Sputnik Azərbaycan
Dollar tənəzzül edir

Dollardan fərqli olaraq, avronun "qara bazar"da alışı bahalaşıb. Belə ki, Avropa valyutasının alışı 1.8600 manatdan 1.8800 manata yüksəlib, satışı isə 1.9000 manat olaraq qalıb.

Bu arada, banklararası ticarətdə də dollar yenidən ucuzlaşıb. "Bloomberg" terminalında dollar günə 1.6950 manat məzənnəsi ilə başlayıb. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 0,10% dəyər itirməsi deməkdir. Ötən gün "Bloomberg"də dollar ticarəti 1.6967 manat məzənnəsi ilə yekunlaşmışdı.

Qeyd edək ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini "Bloomberg" platformasında əks etdirir. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks "Bloomberg" ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Xəbər lenti
0