Dollar bu sürətlə gedərsə...

CC0 / JESHOOTS / dollarДоллары в руке
Доллары в руке - Sputnik Azərbaycan
Abunə olmaq
"Qara bazar"da dollar neçəyədir?

BAKI, 7 iyun — Sputnik. Bu gün "qara bazar"da dolların məzənnəsi dəyişməyib. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən səhər saatlarında dolların alışı 1.6850 manat, satışı isə 1.6900 manat olaraq qalıb.

Манаты и доллары, фото из архива - Sputnik Azərbaycan
Proses dolların xeyrinə başa çatdı

Dollarla yanaşı, avronun "qara bazar"da məzənnəsi stabil olaraq qalıb. Belə ki, Avropa valyutasının alışı hazırda 1.8900 manat, satışı isə 1.9000 manat təşkil edir.

İyun ayının 7-də banklararası ticarətdə isə dollar yenidən ucuzlaşıb. Fins.az xəbər verir ki, "Bloomberg" terminalında dollar 1.6860 manata qədər düşüb. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 0,55% dəyər itirməsi deməkdir. Qeyd edək ki, ötən gün "Bloomberg"də dollar ticarəti 1.6954 manat məzənnəsi ilə yekunlaşmışdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini "Bloomberg" platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Xəbər lenti
0