Yaxşı işləyib tez qocalmamaq üçün nə etməli...

© pixabay / geraltДевушка и ее отражение на экране смартфона
Девушка и ее отражение на экране смартфона - Sputnik Azərbaycan
Abunə olmaq
Son zamanlar xarici görünüşlərinə daha çox diqqət yetirməyə başlayan insanlar üçün dərinin görünüşü mühüm əhəmiyyət kəsb etməyə başlayıb

BAKI, 4 iyun — Sputnik. Bu gün yaşlandığını hiss edərək özlərini gənc göstərməyə çalışan insanlar bunun üçün müxtəlif cəhdlər edir, hətta estetik əməliyyatlara da üz tuturlar.

Ancaq hər şey əməliyyatla həll olunur? İnsanı yaşlandıran onun həyat tərzidir. Yeməyi, içməyi, işi, sevimli televizoru, heç cür qopa bilmədiyi, bəzən can dostuna çevrilən kompüteri…

Sputnik Azərbaycan azadqadin.az-ın bu barədə araşdırmasını təqdim edir.

Kompüter problemi

Son zamanlar xarici görünüşlərinə daha çox diqqət yetirməyə başlayan insanlar üçün dərinin görünüşü mühüm əhəmiyyət kəsb etməyə başlayıb. Yaşlanma həyatın qaçınılmaz bir reallığı olsa da, yaşla birlikdə dəridə yaranan dəyişmələr bəzi tədbirlərlə sadəcə gecikdirilə bilər. 

Пачки азербайджанских манатов и калькулятор - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Bu şirkətin keçən il işləri düz getməyib

Ancaq insanlar unudurlar ki, vacib olanı ilk növbədə dəri problemlərinə səbəb ola biləcək həyat tərzini müəyyənləşdirməkdir. Bu gün televizor və kompüter başında 7-8 saat vaxt keçirmək normal qəbul olunur. Ekran qarşısında oturmaq ilk növbədə hərəkətsizliyə səbəb olur. Üstəlik, bu zaman ağız da boş dayanmayıb, daim mədəni qidayla təmin edirsə, yaxın zamanda tərəzinin ayaq altında şaqqıltıyla sınmasına da səbəb ola bilər. Nəhayət, ekran qarşısındakı saatlar dərinin "ömründən" gedir.

Mütəxəssislərin fikrincə, hətta kompüter qarşısında 4 saatdan artıq davamlı olaraq qalanların 90 faizində CVS (Computer Vision Syndrome) adlanan problem meydana çıxır ki, bu da baş ağrısı, bulanıq görmə, boyun ağrısı, gözlərdə qızartı, yorğunluq kimi əlamətlərlə özünü göstərir. Alimlər belə bir rəyə gəliblər ki, təkcə kompüter qarşısında gündə 10 saatdan artıq qalanlar erkən yaşlanma riskiylə qarşı-qarşıyadırlar. Müasir dövrdə insanların bir çoxu istər işdə, istərsə də evdə kompüter qarşısında uzun müddət vaxt keçirir. Kompüterdən sıx istifadə etmə nəticəsində bədənlərindən estetik əməliyyat yolu ilə piyləri götürdən amerikalılar artıq daha çox gözətrafı estetik əməliyyatları etdirirlər. 

Салим Муслимов, министр труда и соцзащиты населения Азербайджана - Sputnik Azərbaycan
CƏMİYYƏT
İşsizlik müavinəti üç dəfə artırılacaq

Kosmetoloq yanına gedə bilməyənlər…

Həkim-kosmetoloq Səbinə İsrafilova da təsdiq edir ki, hazırda insanların işinin kompüterlə sıx bağlı olduğu bir dövrdə yaşayırıq:

"İş bir tərəfə, artıq uşaqlar da kiçik yaşlarından başlayaraq kompüterə meyl salırlar. Kompüter qarşısında əyləşərkən də insanlar çox gərgin vəziyyətdə olurlar. Ona görə də yalnız bədən deyil, üz əzələləri də gərginlik altında olur. Bu zaman ən çox təsirlənən bölgə isə təbii olaraq göz ətrafı və üz nahiyəsidir. Kompüter istifadəsi üz və göz ətrafında qalıcı deformasiya yaradır. Buna görə də alın, göz ətrafında, ağızla-burun arasında qırışlar əmələ gəlməyə başlayır. Eləcə də dəri təravətini itirir. Torbalanır, sallanır, rəngi solğun olur. Həmin insanın üzünə baxanda yorğunluq hiss olunur. Bütün bunlara görə də insanda tez qocalma baş verir".

Müalicəsinə gəldikdə isə həkim deyir ki, imkan daxilində kompüter qarşısında az olmaq məsləhətdir. Əsasən masajlardan istifadənin önəmli olduğunu deyən kosmetoloqun sözlərinə görə, qırışlara, gəncləşməyə aid nə müalicə varsa, onu tətbiq etmək lazımdır:

"Əgər kosmetoloq yanına getməyə imkan yoxdursa, işdən evə gələn kimi 15 dəqiqə sakit şəraitdə uzansınlar. Müxtəlif bitkilərdən dəmləmələrlə üzlərinə kompres etsinlər ki, dəri dincəlsin. Bu, cəfəri, nanə, adi qızılgül ləçəkləri ola bilər. Gün ərzində bu məqsədlə özlərinə 15-20 dəqiqə ərzində vaxt ayırsalar, yaxşı olar. Əsas müalicə üsulu kimi isə peşəkar yanında olmalıdırlar, qırışlara, qocalmaya qarşı müalicələr aparılmalıdır". 

İşsiz adam - Sputnik Azərbaycan
İşsizlik səviyyəsi 11 faizə çatır

Kosmetoloqun sözlərinə görə, həddindən artıq kompüterdən istifadə nəticəsində göz altı çökmələri kremlərlə müvəqqəti olaraq aradan qaldırmaq da olar:

"Kremlərlə düzəlməyən problemlərdə isə estetik əməliyyata ehtiyac qalır ki, o, 2 həftə müddətində alt göz qapaqlarına tətbiq olunur. Bu zaman üzdəki yaşlanma ilə yaranan və yorğun bir ifadə görkəmi verən göz altı torbaları da sadə və qısa sürən bir əməliyyatla aradan qaldırılır. Sallanan üst göz qapaqları ağırlıq etdiyində kompüter istifadəçisinin görmə fəaliyyətinə mənfi təsir edir ki, xəstənin 5 gündə yaxşılaşa biləcəyi sadə bir əməliyyatla sallanan göz qapaqları normal vəziyyətə gətirilir. Ortaya çıxan digər tez qocalma əlamətlərindən olan göz ətrafında və qaş aralarında yaranan qırışlar isə botoksla aradan qaldırılır".

Ən çox kimlər risk altındadır?

Həkim deyir ki, peşələri yazı və internet ilə bağlı olan, gündə davamlı olaraq kompüter qarşısında olan kişilər, xüsusilə də qadınlar daha çox risk altındadırlar:

"Kompüterin dəri üzərində təsirlərinə gəldikdə isə qadınların dərisi kişilərə görə daha həssasdır. Davamlı kompüter istifadəsinin 30 yaşdan aşağı gənc bir üzə sahib olan qadınların göz ətrafı və üzlərində yol açdığı yaşlılıq əlamətləri onların 35 yaşındakı kimi görünməsinə səbəb olur. Dəridə ilk olaraq quruma başlayır. Kifayət qədər nəmlənməyən dəridə burun və üz arasında kanallar yaranır. Gözaltı torbalar nəzərə çarpır, göz qapaqlarında da sallanmalar olur. Üzün ən həssas bölgəsi olan göz ətrafında tünd qaralmalar başlayır. Üzdə zamanla günəş ləkələrinə bənzər ləkələr də meydana gələ bilər". 

Narazı insanlar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ölkə zəhmətkeşlərinin etirazı

Mütəxəssislərin fikrincə, günün, ən azı, yarısını kompüter qarşısında keçirmək, bəzi insanlar üçün eyni zamanda sıx şəkildə çay, qəhvə və siqaretdən istifadə kimi vərdişləri də özü ilə bərabər gətirir. Bu alışqanlıqlar isə dərinin qanla qidalanmasına, dolayısıyla dərinin canlılığına və elastikliyinə mənfi təsir edir. Gecə vaxtı kompüter istifadəsi isə yuxu nizamını pozur.

Kompüterdən insanın üzünə ionlayıcı, ultrabənövşəyi şüalar kimi bir çox fiziki mesajlar gəlir. Monitordan yayılan zərərli şüalar və istilik üzdəki hüceyrələrin DNT-sinə mənfi təsir edir. Kompüter ekranından qaynaqlanan elektrik yüklərinin insan dərisi üzərində toplanması səbəbindən yağ vəzilərinin dəri üzərində yaratdığı iltihablı civzələr ortaya çıxır.

Xəbər lenti
0