Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Gözlənilməz qələbənin əsl səbəbi və qəfil soyunan tamaşaçı

© REUTERS / Gleb Garanich"Avroviziya-2017"nin qalibi Salavdor Sobral
Avroviziya-2017nin qalibi Salavdor Sobral - Sputnik Azərbaycan
Abunə olmaq
İndi mən də düşünürəm, görəsən, bunlardan hansı daha böyük əxlaqsızlıqdır?

BAKI, 17 may — Sputnik. 1956-ci ildən yayımlanan "Avroviziya" mahnı müsabiqəsi dünyanın ən məşhur yarışmalarından biridir. Azərbaycan da 2008-ci ildən bu müsabiqəyə qatılır. Ölkənin uğuru isə çox gecikmədi. 2011-ci ildə Düsseldorfda keçirilən yarışmada Eldar Qasımov və Nigar Camal Azərbaycana qələbə qazandırdı.

Музыканты на улице - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Dələduzluq, yoxsa küçə mədəniyyəti?

Həmin günü yaxşı xatırlayıram. Hətta qalibiyyət elan olunanda şərhçi belə bir cümlə işlətmişdi: "Azərbaycanın adını xəritədə axtaranlar, Azərbaycana gələcəklər".

Buna kim sevinmədi ki? Əllərində Azərbaycan bayrağı ilə küçələrə axışıb mahnılar oxuyur, rəqs edir, maşın siqnalları ilə, alqış səsləri ilə sevinclərini bölüşürdülər. Qəribə olan isə odur ki, bütün ömrü boyu Avropaya, avropalıların yaşam tərzlərinə xor baxanlar, Avropa sənətini, mədəniyyətini, elmini tanımayanlar öz ölkəsinə Avropadan gələn qələbəyə sevinirdilər. Sanki Avropanın üzərində qələbə çalmışdılar.

"Avroviziya – 2017" də bitdi. Qələbə isə bu dəfə Portuqaliyanın oldu. Yəqin ki, gələn il Lissabonu görəcəyik. "Görəcəyik" deyirəm, "gedəcəyik" yox. Mən ömrümdə Lissabonu bir dəfə görmüşəm, o da Erix Mariya Remarkın "Lissabon gecəsi" əsərini oxuyanda. Ümid edirəm ki, ikinci xəyali görüşüm də "Avroviziya – 2018" vasitəsi ilə olacaq.

Portuqaliyanın qələbəsi gözlənilməz oldu. Əgər intuisiyanız fövqəladə deyilsə, yəqin ki, siz də gözləmirdiniz. Məsələn, yarımfinalda montenqerolu iştirakçı Slavko Kaleziçin ifasını izləyəndə mən onun qalib olacağını düşünürdüm. Lakin Slavko Kaleziç finala belə keçmədi.

Portuqaliyalı iştirakçı Salvador Sobralın çıxışı isə adi geyimi, sadə duruşu, qəribə mimikalarından başqa heç bir şey ilə diqqətimi çəkməmişdi. Ümumiyyətlə, fərqlilik xətrinə atılan bu cür şablon addımların əleyhinəyəm. Məncə, Salvador Sobral opera müğənnisi ədası ilə yenilik etməyə çalışmışdı, amma bu yenilik deyildi, təqlid idi. Əlbəttə, ifaçının səsi gözəldir, amma səhnə ifaçıdan uğurlu performans da tələb edir.

Hoqqa filmindən kadr - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Müasir Azərbaycan filminin hoqqaları

Salvador Sobral "Avroviziya"nın birinci yarımfinalını qazananların mətbuat konfransında geyindiyi köynəklə diqqət çəkmişdi. Qara köynəyin üzərinə ağ hərflərlə bu sözlər yazılmışdı: "S.O.S. Refugees". "Refugees" ingilis dilindən tərcümədə "qaçqınlar" deməkdir. Salvador Sobral bu addımla diqqəti qaçqınların üzərinə çəkməyə çalışdı.

O, konfransda çıxışı zamanı bu sözləri dedi: "Buradayamsa və Avropa ilə əlaqəm varsa, edə biləcəyim ən kiçik şey insani bir mesajdır. İnsanlar plastik qayıqlarla Avropaya gəlir və bir ölkəyə girmələri üçün sənədləri istənilir. Bu insanlar məcburi köçkün deyil, ölümdən qaçan mühacirlərdir. Səhv etmək olmaz. Yunanıstan, Türkiyə və İtaliyadakı mühacir sığınacaqlarında çox bürokratik hadisələr yaşanır və biz bu ölkələrdən gələnlərə qanuni və güvənli yolların açılmasına kömək etməliyik".

Salvador Sobralın bu çıxışı Azərbaycan mediasını çox maraqlandırmasa da, dünya mediasının gündəmindən düşmədi. Avropa Yayım İttifaqı Salvadorun bu köynəyi geyinməsini mühakimə etdi, qadağa qoydu və bunu yarışmanın qaydalarına zidd addım, siyasi bir mesaj kimi dəyərləndirdi. Müğənni isə mətbuat konfransında İttifaqın iddiasını belə cavablandırdı: "Siyasi yox, insani mesajdır".

Elə düşünürəm ki, Salavdor Sobralın gözlənilməz qalibiyyətinin sirri də bu hadisədədir. Bununla humanist avropalıların və Avropada yerləşmiş mühacirlərin rəğbətini qazanan müğənni qalibiyyət də əldə etdi. Doğrudur, müğənni hədsiz humanist addım atdı, Avropa Yayım İttifaqının ittihamına cəsarətlə cavab verdi, diqqəti olduqca həssas bir məsələyə çəkdi, amma bütün bunların sənətə heç bir aidiyyəti olmadığı üçün qalibiyyəti də ədalətli deyildi.

Azərbaycan mediası bu hadisə haqqında heç bir cümlə belə, yazmadı. Lakin yarışmanın böyük final mərhələsində ötən ilin qalibi Camalanın ifası zamanı qəfil səhnəyə çıxıb şalvarını aşağı çəkən, kameraya arxasını yelləyən tamaşaçı gündəmdən düşmədi. Tipik insanlarımız da "Avropa əxlaqsızlığı", "Avropa tərbiyəsizliyi" deyib bu hadisəni müzakirə etdilər.

Qəribə cəmiyyətdir bizim cəmiyyət. Dünyanın milyonlarla mühacirinin hüquqları üçün qatıldığı yarışmada belə, qaydaları pozub mübarizə aparan avropalını görməzdən gəldi, amma şalvarını çıxarıb rəqs edən avropalını ağız dolusu əxlaqsız adlandırıb, öz dəyərlərinə sığal çəkdi. İndi mən də düşünürəm, görəsən, bunlardan hansı daha böyük əxlaqsızlıqdır?

Xəbər lenti
0