Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dələduzluq, yoxsa küçə mədəniyyəti?

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidМузыканты на улице
Музыканты на улице - Sputnik Azərbaycan
Abunə olmaq
Bu xidmətlərlə və qiymətlərlə rastlaşan turistlər Bakıya bir daha gələcəkmi?

BAKI, 28 mart — Sputnik. Artıq Bakı da başqa böyük şəhərlərə bənzəməyə başlayır: binalar, körpülər, yollar, restoranlar, küçələri müxtəlif dillərdə danışan adamlarla dolu…

Gürcüstan, Bakuriani şəhəri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanlıları bu ölkədə tilsimə salıblar

Bir neçə gün əvvəl şəhərdə gəzərkən İstanbulu, İstiqlal prospektini xatırladım. Yanımızdan ötən adamların əksəriyyəti ərəbcə, bir qismi rusca və ingiliscə, çox az bir qismi isə azərbaycanca və türkcə danışırdı.

Bütün bunların, əlbəttə, faydaları var. Restoranlarda yemək növləri çoxalıb, xidmət səviyyəsi qismən yüksəlib, şəhərə rəngarənglik qatılıb. Bundan başqa, bizim insanımız başqa yerləri gedib gəzə bilməsə də, oradakı insanları, onların dilini, mədəniyyətlərini burdaca görmüş olur. Güman edirəm ki, bütün bunlar bizim toplumun sərt adət-ənənələrini, radikal dəyərlərini, mühafizəkarlığını yox etməyə kömək edəcək. Axı onların insan haqqı tapdalamaqdan başqa bir faydası da yoxdur.

Söhbətimizin mövzusu bu deyil. Bütün başqa sahələrdə olduğu kimi turizmi də bizim gözalışan standartlara uyğunlaşdırmağa çalışırlar. Məsələn, İstanbulda turistlər üçün boğaz turları təşkil olunub, prospektlərdən keçən tramvaylarda açıq səhnələr qurulub və canlı konsert proqramları təşkil olunub. Təsəvvür edin, tramvay gedir, hər tərəfi açıqdır, müxtəlif çalğı alətləri ifa olunur, müğənni oxuyur, projektor işıqları, külək effekti və digər məsələlər bütün incəliklərə qədər işlənilib. Siz adi gəzinti zamanı möhtəşəm konsert proqramı ilə qarşılaşırsınız.

Yol kənarlarında, parklarda azad musiqiçilər, rəqqaslar və rəqqasələr üçün şərait yaradılıb ki, öz bacarıqlarını sərgiləsinlər, həm də pul qazansınlar. Ümumiyyətlə, küçə musiqisi, küçə rəqsləri müasir dövrün mühüm mədəniyyət sahəsi hesab olunur. Amma bizdə…

Bizdə "küçə mədəniyyəti" ifadəsindəki "küçə" sözünü anlayırlar, mədəniyyət sözünü anlamırlar. Elə bilirlər ki, küçə mədəniyyəti də küçə adamları kimi, küçə heyvanları kimi bir şeydir. Küçə mədəniyyəti özündə divar rəsmlərini, heykəltəraşlığı, musiqini, rəqsi və digər mədəni sahələri ehtiva edən böyük bir mədəniyyət növüdür.

Şahdağ Turizm Mərkəzi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Turizmlə bağlı strateji hədəflər açıqlandı

Son dönəmlər bəzi yeraltı keçidlərdə, gizli dalanlarda əlində gitara ilə mahnı ifa edən gəncləri görürük. Amma onlar çox azdır və qorxu içində fəaliyyət göstərirlər. Çünki onların bu azad yaradıcı məşğuliyyəti cinayət hesab olunur və onlar ictimai asayişi pozmaq, vergidən yayınmaq kimi müxtəlif maddələrlə həbs oluna bilərlər. Təəccüblü deyil. Mədəniyyətə belə barbar münasibət gördüyümüz ilk dəfə deyil ki.

Məsələn, Tiflisdə rəssamların öz əsərlərini satmaları üçün xüsusi park var. Həmin parkın kənarlarında əl işləri — toxunma geyimlər, üzərinə rəsmlər çəkilən qablar və başqa yaradıcılıq məmulatları satılır. Bu sənətlə məşğul olan insanların öz əl işlərini satmaları üçün onlara geniş imkanlar yaradılıb, müxtəlif imtiyazlar verilib. Bizdə isə buna sənət yox, dələduzluq kimi baxılır.

Tiflisin, az qala hər küçəsində teatr binası var və bu teatrların önündə onların repertuarı, afişaları, tarixi haqqında məlumat yer alır. Mədəniyyət xadimlərinin ev muzeylərinə giriş olduqca münasib qiymətədir, jurnalistlərə, mədəniyyət adamlarına isə tamamilə pulsuzdur. Bizdə isə mədəniyyət xadimlərinin ev muzeyləri sadəcə sənədlər üzərində mövcuddur. Nə vaxt onları gəzmək istəsəniz, üzərindəki iri qıfılın pasından başqa heç bir şey görməzsiniz.

Məsələn, bizim Mərdəkandakı Botanika bağına giriş 2 manat olduğu halda, Tiflisin mərkəzində yerləşən Botanika bağına giriş 70 qəpikdir. Yaxud bizım bulvarda adi velosiped sürməyin saatı 2 manat olduğu halda, Tiflisdəki kanata minik cəmi 1 manatdır. Bu məbləğlə siz Kür çayının sahilindən məşhur Narın qalaya və Çar Tamara heykəlinə qədər böyük bir ərazini gəzir, şəhəri hündürdən seyr edirsiniz.

Bu yoxsul xidmətlərlə və baha qiymətlərlə rastlaşan turistlərin ikinci dəfə istirahət üçün Bakını seçəcəklərini zənn etmək çətindir. Onlar bir tərəfə. Heç olmasa, bu küçə mədəniyyətinə azadlıq veriləydi. Barı bircə şeydə azad olaydıq. Azad mahnı oxuya, rəqs edə, rəsm çəkə biləydik. Əmin olun ki, bu mədəniyyət Alov qüllələrdən, körpülərdən, parklardan daha mühümdür.

Xəbər lenti
0