CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşum qəzanın qurbanı: "Dedilər, get, nə bilirsənsə, elə"

CC0 / petrabosse / Car CrushQəzaya uğramış avtomobil, arxiv şəkli
Qəzaya uğramış avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Saatda 120 ilə sürürdü, qışqırırdım ki, sürəti azaltsın, o isə gülə-gülə sürəti 150-yə qaldırdı"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. Hər bir qadının arzuları var: sevmək, sevilmək, gəlin, ana olmaq, xoşbəxt ailə qurmaq. Bəzən bu arzuların reallaşması gecikir. Bəzən isə yaşadığımız hadisələr arzularımızın reallaşmasının qarşısını alır. 

Elvira Muradovanın da arzuları olub. Məktəbdə ingilis dili müəlliməsi olan Elvira, ailəsinə yardım etmək məqsədilə günü 10 manata kafelərin birində aşpaz köməkçisi kimi də işləməyə başlayıb. Bir gün isə həyatının ən ağır gününü yaşayıb. O gün bütün həyatı dəyişib.

Alma xanım və oğlu İmran - Sputnik Azərbaycan
CƏMİYYƏT
Üç oğul itirən ana: "Qorxuram ki, ölərəm..."

Muradova Elvira Süleyman qızı 1984-cü il iyunun 18-də Rusiyanın İrkutsk vilayətində dünyaya gəlib. Sonradan Xudat şəhərinə köçən ailəsi burada yaşamağa başlayıb. Elvira Muradova yaşadığı o ağır günü unutmaq istəsə də, həmin gün aldığı yaralar buna imkan vermir.

"11 il idi ki, məktəbdə müəllimə işləyirdim. Lakin 6 dərs saatım olduğu üçün cəmi 99 manat əmək haqqı alırdım. Bu isə bizə bəs etmirdi. Buna görə də SDK-da (Samur-Dəvəçi kanalı – "Samur gömrük postu – red.") "Qafqaz" adlı kafedə aşpaz yardımçısı işləməyə başladım. Ötən ilin may ayının 9-da iş yoldaşım Xaliqin avtomobili ilə evə qayıdırdım. O, Yalama yolunda "KamAZ"-ı ötməyə çalışdı. 120 ilə sürürdü, qışqırırdım ki, sürəti azaltsın. O isə gülə-gülə sürəti 150-yə qaldırdı. Amma keçə bilmədi, böyük sürtələ dərəyə yuvarlandıq. "KamAZ" sürətlə yoluna davam elədi" — deyir Elvira.

© Photo : Şəxsi arxivElvira Muradova
Elvira Muradova - Sputnik Azərbaycan
Elvira Muradova

Həmin qəzada qadın çox ciddi zədə alır. Sağ ayağı və sol qolu sınan Elviranın, sağ qolu dirsəkdən çıxır. Çoxsaylı əməliyyatlar keçirən qadın, mayın 24-də növbəti əməliyyata girir. Amma əməliyyat uğursuz olur.

"Əməliyyatdan sonra evə gəldim, amma bir neçə gün sonra ayağımda iltihab başladı. Məcbur olub Qusar xəstəxanasına getdim. Orda dedilər ki, əməliyyat etdirmək lazımdır. Əməliyyat olunmaq üçün Bakıya gəldim. Sentyabrın 23-də "Semaşko"da məni əməliyyat etdilər" — müsahibimiz danışır.

Hazırda onun ayağında "İlizarov" aparatı var: "Qoluma isə plastinka 9 vintlə bağlanıb. Əməliyyatın üstündən 7 ay keçib. Bir neçə gün öncə yenidən Bakıya gəldim, qolumu USM etdilər. Deyilənə görə qolumdakı plastinka əyilib. Yenidən əməliyyat etmək lazımdır. Hadisə zamanı qolumda sinir qırılıb. Ona mil siniri deyilir. Barmaqlarım işləmir, əlim biləkdən ümumiyyətlə qalxmır".

Elvira xanım deyir ki, atası rəhmətə gedib, özü anası və qardaşının ailəsi ilə birlikdə yaşayır. Ailənin bankalara xeyli borcu var. Qadın mart ayından məktəbdəki işindən də ayrılıb. Deyir ki, müalicəsinə 4000 manatdan çox pul xərclənib. Onun belə vəziyyətə düşməsinə səbəb olan şəxs isə qadının müalicəsi üçün cəmi 1600 manat verib.

Əlirza Məmmədov - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Kaş gözlərim açılaydı, anamın üzünü bircə dəfə görəydim..."

"Bilmirəm, məhkəmədə nə etdilərsə, iş bağlandı. Mənə isə daha yardım etmədi. Ailədə çox böyük problemlərimiz var. Elə gün olur ki, heç çörək də tapmırıq. Bir tək qardaşım iş olanda işləyir. Atam 4 ildir ki, dünyadan köçüb. Uşaq pulu və ya sosial yardım almırıq. Bu günə kimi heç kimdən kömək istəməmişəm. Çünki ətrafımdakı insanları müşahidə edirəm: nə qədər kömək istəyən olsa da, yardım edən olmur" — o bildirir.

Dediyinə görə, 9 ay əlil arabası ilə hərəkət edib: "Yenicə ayağa qalxmışam. Bircə qolumdakı problem keçmir. Yenidən əməliyyat olunmalıyam, yeni plastinka qoyulmalıdır ki, sümük bitişsin. Daha sonra yeni bir əməliyyat olmalıdır ki, sinir tikilsin. Bu əməliyyatı isə heç kim boynuna götürmür. Boynuna götürənlər də 3-4 min manat pul istəyir".

Göz yaşlarını saxlaya bilməyən Elvira deyir ki, 32 yaşı var və hələ də ailə həyatı qurmayıb: "Artıq hamıya yalvarıram, xahiş edirəm… Mən əlil olmaq istəmirəm! Qolum əyilib, özümü idarə edə bilmirəm, saçlarımı yığa bilmirəm, yuyuna bilmirəm. Hər şeyi mənim üçün anam edir. Belə bir vəziyyətdəyəm. Mən normal həyat yaşamaq istəyirəm. Bilmirəm, nə edim… Həyatdan tamamilə sönmüşəm. Bilmirəm, kimdən kömək istəyim. Atamgil 3 qardaş olub. Əvvəlcə atam, sonra əmim rəhmətə getdi. Böyük əmim də heç kimin varlığını qəbul etmir".

Həmin qəzadan sonra Elvira xanım Xaliqi sonuncu dəfə ötən il mayın 30-da görüb. Ondan sonra zəngləri, mesajları cavabsız qalıb. Çarəsiz qalan qadın onun evinə gedib: "Əməliyyat üçün pul lazım idi. Gördüm zənglərimə cavab vermir, getdim evlərinə. İməkləyə-iməkləyə girmişəm evlərinə. Əvvəlcə birinci əməliyyatda mənə 600 manat vermişdilər. Evlərinə gedəndə isə vəziyyətimi bir daha anlatdım. Dedilər get, biz sənə zəng edəcəyik".

Jalə - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Gecəni birgə keçirdiyim yaşlı kişini səhər televizorda görəndə şoka düşdüm"

Sonra Xaliqin ailəsi ona 1000 manat da verir: "Sonradan nə qədər desəm də ki, siz məni bu günə qoymuşunuz, mənə cavabında dedilər ki, "bizim pulumuz yoxdur, get, nə bilirsən, et, biz adam öldürməmişik". Onu da deyim ki, Xalqin qəza zamanı təkcə qulağı cırılmışdı. 7 tikişlə canını qurtardı. Mən isə…"

Məhkəmənin qərarı ilə sürücüyə məntəqə tipli cəzaçəkmə müəssisəsində 2 il cəza verir. Amma Elvira xanım iddia edir ki, Xaliq pulunu verib, azadlığa çıxır: "Ayda 150 manat verib, çöllərdə gəzir. Özü aşpaz işləyir. Mənim isə bədənim sınıq-sınıqdır, işimi də itirmişəm, hər şeyimi də…"

Hazırda E. Muradovanın yenidən əməliyyat olmaq üçün yardıma ehtiyacı var. Xahiş edir ki, hər kəs əlindən gəldiyi qədər ondan köməyini əsirgəməsin: "Əlil olmaq istəmirəm, ailə qurmaq, ana olmaq istəyirəm".

Onun arzuları çoxdur. Amma bu arzuların reallaşması üçün əvvəlcə onun ayağa qalxması, sağlamlıq problemlərini həll etməsi lazımdır. Elviraya kömək etmək istəyənlər redaksiyamızla əlaqə saxlaya bilər.

Xəbər lenti
0