Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdmançımız 5 rekordu təzələdi

© AZƏRTACElnarə Abbasova
Elnarə Abbasova - Sputnik Azərbaycan
Abunə olmaq
Anastasiya İslam Həmrəyliyi İdman Federasiyalarının tarixində bu çəkidə birdən qaldırma hərəkətində bir, təkanla qaldırma hərəkətində 2, toplamda 2, ümumilikdə isə 5 rekordu yeniləyə bilib

BAKI, 15 may — Sputnik. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ağır atletika yarışları davam edir. Bu gün körpücük üzərinə 21 ölkədən ümumilikdə 130 atlet çıxacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılıb.

Nuranə Əliyeva - Sputnik Azərbaycan
İDMAN
"Bu dəfə özümü toparladım..."

Sputnik Azərbaycan xəbər verir ki, bu gün çəkisi 69 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Burada Fidan Hüseynzadə və Anastasiya İbrahimli medal mübarizəsi aparıblar. Fidan birdən qaldırma hərəkətində 69 kq, təkanla qaldırma hərəkətində isə 88 kq-ı ram edib. Toplam 157 kq (69+88) nəticə göstərən atletimiz bu çəkidə 7-ci yeri tutub.

Anastasiya birdən qaldırma hərəkətində 100 kq-ı ram edib. Atletimiz təkanla qaldırma hərəkətində isə 119 kq-ı başı üzərinə qaldıra bilib. Toplam 219 kq (100+119) nəticə göstərən Anastasiya İbrahimli bu çəki dərəcəsində qızıl medala sahib çıxıb. Anastasiya İslam Həmrəyliyi İdman Federasiyalarının tarixində bu çəkidə birdən qaldırma hərəkətində bir, təkanla qaldırma hərəkətində 2, toplamda 2, ümumilikdə isə 5 rekordu yeniləyə bilib.

Bu gün çəkisi 63 kq olan qadınlar da körpücük üzərinə çıxıblar. Burada Firuzə İbrahimova və Elnarə Abbasova medal mübarizəsi aparıblar.

Firuzə birdən qaldırma hərəkətində 80 kq, təkanla qaldırmada isə 100 kq-ı ram edib. Toplam 180 kq (80+100) nəticə göstərən atletimiz bu çəkidə 5-ci yeri tutub.

Elnarə birdən qaldırma hərəkətində 82 kq, təkanla qaldırma hərəkətində isə 102 kq-ı ram edib. Toplam 184 kq (82+102) nəticə göstərən atletimiz bu çəkidə bürünc medal qazanıb.

Xəbər lenti
0