BAKI, 15 may — Sputnik. "Azərbaycanda döyüşmək heç vaxt mənə düşmürdü. Vətənimdə beynəlxalq yarışlarda mübarizə zamanı məsuliyyət hissi məni qorxudurdu və həmişə uduzurdum. Bu dəfə çətin olsa da, özümü toparladım və bürünc medalı qazandım".
İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən karateçimiz, 50 kilo çəki dərəcəsində mübarizə aparan və bürünc medal qazanan Nuranə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında belə deyib. O bildirib ki, yarışdan sonra çox sevinclidir: "Sevincimi sözlə ifadə edə bilmirəm. İnanıram ki, bu uğurun ardı gələcək".