BAKI, 27 aprel — Sputnik. Braziliyalı model Larissa Gacemer Türkiyə vətəndaşlığına qəbul edilib. O, vətəndaşlığa qəbulla bağlı aldığı sənədi videoya çəkərək internetdə paylaşıb. Sputnik Azərbaycan bu barədə Sözcü-yə istinadən məlumat verir.
Braziliyalı model Larissa, 2011-ci ildə özü kimi model olan sevgilisi Burak Gacemerlə evlənərək Türkiyəyə köçüb. O, 6 il ərzində Türkiyədə həm "Survivor" yarışmasında, həm də "Krem" adlı serialda iştirak edib.
Larissanın vətəndaşlığa qəbulla bağlı yayımladığı videoda səlis türkcə danışması diqqət çəkib. O, sevinclə "Nə mutlu türküm deyənə!" qışqırıb.