"Mühacirlər Amerika dəyərlərini sevməlidirlər"

© REUTERS / Kevin LamarqueБелый дом
Белый дом - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Tramp ABŞ-ın bütün şəxslərin dini inanclarını sərbəst surətdə saxlamalarına imkan verən təhlükəsiz, azad ölkə olacağını bildirib

BAKI, 2 fev — Sputnik. ABŞ hökuməti ölkəyə gələn immiqrantların Amerika dəyərlərini qəbul edəcəyinə zəmanət verəcək sistem quracaq. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə prezident Donald Tramp bəyan edib.

"Biz ölkəmizdə bir qram belə qeyri-tolerantlığın yayılmasına imkan verməyəcəyik. Bizim hazırlayacağımız sistem gələnlərin ölkəmizin dini azadlıq baxımından dəyərlərini tam olaraq qəbul etməsini və hər cür diskriminasiyadan imtinalarını təmin edəcək" — Tramp bəyan edib.

Tramp ABŞ-ın bütün şəxslərin dini inanclarını sərbəst surətdə saxlamalarına imkan verən təhlükəsiz, azad ölkə olacağını bildirib.

"Biz istəyirik ki, insanlar ölkəmizə gəlsinlər, lakin biz həm də istəyirik ki, onlar bizi və dəyərlərlərimizi də sevsinlər" — ABŞ prezidenti vurğulayıb.

 

Xəbər lenti
0