SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Təhlükəli qohumluq: rəngli inqilablar davam edəcək?

© AP Photo / Pablo Martinez MonsivaisJared Kuşner
Jared Kuşner - Sputnik Azərbaycan
Abunə olmaq
Cared Kuşnerin Corc Sorosla əlaqələri dünyaya nə vəd edir?

BAKI, 7 may — Sputnik. Ağ Evin baş məsləhətçisi, ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner multimilyarder Corc Sorosun maliyyə tərəfdaşıdır.

Sputnik Azərbaycan The Wall Street Journal-a istinadla xəbər verir ki, Kuşnerin həmtəsisçisi olduğu Cadre şirkətinin qurulmasına cəlb edilən 1 milyard dollar dəyərində kreditin dörddə birinə qədərini Soros verib. Əvvəllər Kuşner maqnatla əlaqələri barədə məlumatı ictimailəşdirməyib. 

Kuşnerin Ağ Evdəki karyerasının yüksəlməsi Amerika liderinin “təkamül” dövrünə, yəni Rusiya və NATO barədə baxışlarını dəyişdiyi vaxtla üst-üstə düşür. 

Политолог Эльхан Шахиноглу - Sputnik Azərbaycan
Tramp administrasiyasının rəngli inqilablara marağı yoxdu

Qayınatası kimi Cared Kuşner özü də daşınmaz əmlak biznesilə məşğul olur. Kuşnerin özü, qardaşı Coşua və onların iş ortağı Rayan Uilyamson tərəfindən təsis olunan Cadre firmasının yaranmasına 100 milyon dollar xərcləyiblər. Corc Soros Kuşnerin layihəsində investor kimi iştirak edib və ilkin mərhələdə ora biznesin qurulması üçün kredit verib.

Məlum olub ki, Kuşnerin layihəsinin maliyyələşməsinə başda məşhur Goldman Sachs bankı olmaqla bazarın 19 iştirakçısı borc verib. 

Təşkilatçılar eyni vaxtda Donald Trampın şirkətində də iştirak etməsəydilər, Kuşnerin biznes-layihəsi məhdud şərtlər çərçivəsindən kənara çıxa bilməzdi. 

Gələcək prezident Soros obrazından özünün prinsipial əleyhdarı kimi fəal şəkildə istifadə etdi. Onu sadə seçiciyə maliyyə dünyasındakı düşməni kimi təqdim etdi. 

Qızıl - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan Sorosun "qızıl tələ"sinə düşə bilər

2016-cı ildə Trampın qərargahı maliyyəçinin şəklindən istifadə etməklə Soros əleyhinə videoçarx nümayiş etdirdi. 

“Bu seçkilərdə isteblişmentin milyonlarla dolları ortadadır, bütün bunlar isə onların qlobal maraqlarından irəli gəlir” – deyə gələcək prezident kadr arxasında deyirdi. 

Maliyyə maqnatı isə cavab verməkdə gecikmədi. Soros Hillari Klintonun seçki kampaniyasına 13 milyon dollar bağışlamaqla kifayətlənməyib Trampı yalançı da adlandırdı. Bu qalmaqallı açıqlama milyarderlər arasında yeni müharibəni alovlandırdı. Trampa dost olan KİV-lər ABŞ prezidenti əleyhinə çıxış edən vətəndaş cəmiyyəti fəallarının Soros tərəfindən alındığını iddia etdi. 

Trampın kürəkəni ilə prezidentin prinsipial düşməni arasındakı gizli əlaqələr hazırkı ABŞ administrasiyasının obrazına Rusiya ilə dostluqda ittiham olunmaqdan az zərər vurmayacaq. 

Donald Tramp - Sputnik Azərbaycan
TƏHLİL
Tramp 100 günü başa vurmadan təslim oldu

Amerikanın sağ və ultrasağları üçün 86 yaşlı Soros  - sol-liberal siyasətin yaşayan təcəssümüdür. Onlar hesab edirlər ki, sol-liberal siyasət ənənəvi dəyərlərin məhvinə və İsraillə ənənəvi əlaqələrin zəiflədilməsinə və qeyri-sabit və etibarsız müttəfiqləri dəstəkləməyə yönəlib. 

Kuşnerin ətrafı demək olar ki, dərhal özünə haqq qazandırmağa çalışıb. Məmurun vəkili Ceymi Qorelik bəyan edib ki, onun hamisi Cadre şirkətindəki "payını" ixtisar edib. Eyni zamanda Direktorlar Şurasının tərkibindən çıxıb. Bu isə onu göstərir ki, Sorosla əlaqələr sona çatmayıb. 

2017-ci ilin fevral və mart aylarında KİV Ağ Evdə Cared Kuşnerlə Donald Trampın sabiq baş ideoloqu Stiven Bennon arasında baş verən qalmaqal barədə məlumat sızdırdı. Bu məlumata görə, Kuşner Bennonu Trampın ətrafından itələyib çıxarıb. 2017-ci ilin aprelində bu informasiya dolayısı ilə təsdiqləndi: sabiq baş məsləhətçi ABŞ Təhlükəsizlik Şurasındakı yerini itirdi. KİV-ə sızan xəbərə görə, Bennon mübahisə zamanı Kuşnerə deyib ki, “bizim aramızda heç bir razılaşma ola bilməz, çünki birimiz respublikaçı, digərimiz isə demokratıq”. Bennon Kuşneri demokrat hesab edib. 

Kürəkənin Trampın ətrafı üzərində təsirini həm də o informasiya təsdiqləyir ki, Suriyanın bombalanması barədə qərarı prezident qızı İvankanın iradəsi altında qəbul edib. ABŞ liderinin böyük qızının əri isə Cared Kuşnerdir. 

Флаг Соединённых Штатов Америки, фото из архива - Sputnik Azərbaycan
ABŞ terrorçulara silah-sursat göndərdi

Donald Trampın siyasi ritorikasının dəyişməsi, beynəlxalq problemlərə yeni prizmadan baxmaqdan imtina etməsi, ticarət maneələri ilə bağlı məsələnin yumşaldılması, antimiqrasiya kursunun effektiv şəkildə saxlanılmaması, respublikaçının Ağ Evə seçilməsinə səs verən konservativ seçiciləri məyus edə bilər. 

Corc Soros baş verəcək dəyişikliyin simvolu olmaq üçün ideal fiqurdur. Sadiq seçiciləri itirmək Donald Tramp üçün itkiyə səbəb ola bilərdi və ona elə bir zərbə olardı ki, tərəfdarları bundan əsla imtina etməzdi. Həm də Tramp andiçmə zamanı seçicilərinə söz vermişdi ki, artıq ABŞ zəhmətkeşlərinin topladıqları pullar dünyanın ucqar ölkələrində inqilabların törədilməsinə və hakimiyyətlərin devrilməsinə xərclənməyəcək. Lakin Sorosun xətti bəllidir. O, dünyanın bir çox ölkəsində məhz ABŞ-ın dəstəyi ilə hakimiyyətlərin devrilməsinin birbaşa ideoloqu və maliyyəçisi olmuşdu. Görünür, ABŞ-ın qlobal siyasətini Tramp hakimiyyəti də dəyişmək iqtidarında deyil. O, yenə də istədiyi ölkədə istədiyi dəyişikliyi həyata keçirməyə çalışacaq. Kuşnerin Sorosla gizli əlaqələri isə bunun bariz nümunəsidir.

Xəbər lenti
0