Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycan Sorosun "qızıl tələ"sinə düşə bilər

© AP Photo / Kamran JebreiliQızıl
Qızıl - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər indiki dövrdə qızıla investisiya yatırılmasını böyük risk kimi dəyərləndirirlər

BAKI, 21 iyun — Sputnik. Hazırda Azərbaycan Dövlət Neft Fondu (DNF) alınmış qızılın satılaraq digər aktivlərlə əvəzlənməsi, eləcə də əlavə qızılın alışını nəzərdə tutmur. Bu barədə ötən günlərdə DNF-dən açıqlama verilib.

Qızıl-ziynət əşyalarının satışı ilə məşğul olan sahibkarlar univermağın qarşısında mitinq keçirir - Sputnik Azərbaycan
HADİSƏ
Paytaxtın məşhur qızıl-zinət satışı mərkəzində "üsyan"

Qızıl investisiyaları ilə bağlı strategiyaya gəldikdə isə, bildirilib ki, bu yatırımlar qısamüddətli spekulyativ hədəflər üçün deyil, məhz strateji məqsədlə həyata keçirilib. Belə ki, Fondun investisiya siyasətinə əsasən, investisiya portfelinin məcmu dəyərinin 5 faizə qədəri qızıla investisiya edilə bilər. Hazırda da investisiya portfelinə daxil edilmiş qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası) təşkil edir.

İndiki dövrdə qızıla investisiya yatırmaq səmərəlidirmi?

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-ə açqılamasında deyib ki, qızılın qiyməti 1350 dollar civarında olarkən, əsasən qızıl ehtiyatlarına yönəlmək barədə qərar verilib: "Bu gün qızılın qiyməti 1250 dollar civarındadır. Yəni, xeyli dərəcədə, hər unsiyada 100 dollara yaxın qiymət düşüb. Burada itkilərdən də söhbət gedir. Təəssüf ki, Neft Fondu bunu açıqlamır".

Ekspert bildirib ki, əslində qızıla yönəlmək həmişə "güvənli liman" anlayışından irəli gəlir: "Dünya iqtisadiyyatında baş verən müəyyən proseslər zamanı investorlar "güvənli liman" kimi qızıla yönəlirlər. Azərbaycanda da belə bir addımın atılması o zaman ciddi analizin nəticəsi deyildi. Yəni, sadəcə dünya bazarında panika vaxtı var idi, 3 il bundan öncə qızılın qiyməti kifayət qədər sürətlə qalxırdı və Azərbaycan Dövlət Neft Fondu ciddi analiz etmədən bu investisiya portfelinə yönəldi və qızıl böyük bir hissəsini o dövrdə alıb".

N. Cəfərlinin sözlərinə görə, indiki dövrdə qızıla investisiya yatırılması ilə bağlı müxtəlif versiyalar var: "Düşünürəm ki, qızılın qiyməti öz pik həddinə çatıb. FED-in yaxın zamanda uçot dərəcəsini qaldırmaq ehtimalı çox yüksəkdir. Bu il ərzində uçot dərəcəsi bir dəfə qalxacaq. Uçot dərəcəsi qalxanda qızılın qiymətinin enməsi müşahidə olunacaq. Çünki, bahalı dollar həmişə əmtəələri, o cümlədən qızılı da ucuzlaşdırır".

Sorosun planının arxasında nə dayanır?

"O nöqteyi-nəzərdən, bu gündən sonra qızıla yönəlmək o qədər də optimal variant deyil. Güman ki, bundan artıq portfeli artırmaq məqsədəuyğun da deyil. Çünki, bu il ərzində qızılın qiymətinin enməsi ehtimalı çox yüksəkdir", — iqtisadçı vurğulayıb.

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

O, hesab edir ki, yaxın gələcəkdə qızılın qiymətinin kəskin artması ehtimalı çox aşağıdır: "Başqa aktivlərin gəlirlikləri yüksək olduğundan investorlar digər aktivləri, o cümlədən qiymətli kağızları seçməyi daha çox tərcih edirlər".

Ekspert məşhur milyarder Corc Sorosun qızıla investisiya yatırmaqla bağlı planına da münasibət bildirib: "Corc Sorosun açıqlamasında belə bir maraqlı detal var idi ki, artıq yaşlı olduğu üçün birjaları və bazarları hər gün dəqiqliklə izləyə bilmir. Qızıl isə stabil bir investisiyadır. Qiyməti çox azalsa da, hər halda dəyərdən tamamilə düşməsi ehtimalı çox azdır. Ona görə də sakit bir həyat tərzi keçirmək, daha çox investisiya portfelində stabilliyi qorumaq üçün qızıla yönəlməyi variant kimi qarşıya qoydu".

"Bu da qızılın qiymətində 50 dollara yaxın yüksəlişə səbəb oldu. Düşünürəm ki, burada ikili oyun ola bilər. Ola bilər ki, Corc Soros bu bəyanatı verməklə əlində olan qızıl ehtiyatlarının bir qismini satmağı düşünürdü. Qiymət qalxdıqdan sonra heç bir məlumat yoxdur ki, əlində olan qızıl aktivlərini saxladı, yoxsa satdı. Ola bilər ki, bu, bazarı yönləndirmək üçün bir açıqlama idi", — N. Cəfərli əlavə edib.

Xəbər lenti
0