BAKI, 5 may — Sputnik. Birləşmiş Ştatlar PKK terror təşkilatının Suriya qolu olan PYD-nin nəzarətindəki Malikiyə bölgəsinə 48 zirehli texnika və 250 əsgər göndərib. Sputnik Azərbaycan bu barədə "Timetürk"-ə istinadən xəbər verir.
Türk döyüş təyyarələrinin ötən həftə PYD mövqelərini bombalamasından sonra da ABŞ, terrorçulara içərisi ağır silahlarla dolu yük maşınları göndərmişdi.
Qeyd edək ki, Türkiyə rəsmi olaraq, PYD-ni PKK terror qruplaşmasının tərkibi sayır və qərb ölkələrini onlara silah göndərməməyə çağırır.