CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bankların girovlarla bağlı necə davranacağı aydınlaşdı

© Photo : Facebook / Bank RespublikaBank əməliyyatçıları, arxiv şəkli
Bank əməliyyatçıları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bank rəsmisi: "Yeni qanun bankların kredit vermək praktikasını dəyişməyəcək"

BAKI, 5 may — Sputnik. "Azərbaycan banklarından kredit almaq imkanı genişlənir. Artıq əsas kredit təşkilatları girovlar, özü də nə az, nə də çox, maşın və qızıl-zinət əşyaları müqabilində kredit verə biləcəklər".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Prezident banklarla bağlı mühüm fərman imzaladı

Bunu Sputnik Azərbaycan-a Azer Turk Bank-ın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev, parlamentin sözügedən qanununu şərh edərkən deyib. Mayın 2-də Milli Məclisdə "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edilib. Bu qanun daşınar əmlakın – inventarın, avadanlıqların və s. girov qoyulması müqabilində kreditin verilməsini ehtiva edir. Sənəddə daşınar əmlakın qeydiyyat qaydaları, yüklü əşyaların satılması, paylanması və digər məsələlər əksini tapıb.

Bankın nümayəndəsinin sözlərinə görə, əgər potensial müştəri kredit götürmək istəyərkən, məsələn, götürüləcək məbləğin azlığı səbəbindən mənzilini girov qoymaq istəmirsə və ya avtomobili, girov qoymaq üçün kifayət qədər qızılı yoxdursa, başqa daşınan əmlakını girov qoya bilər: "Bu qərar müştərinin kreditin alınması üzrə imkanlarını asanlaşdıracaq və genişləndirəcək".

Bank filialı qarşısında növbə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bankların kaprizlərinə dözməkdən qurtuluruq

Aydındır ki, bu qanun qəbul olunsa, əhalinin banklara kredit götürmək üçün müraciətlərinin sayı artacaq. Unutmaq lazım deyil ki, hər kəsin kredit götürmək hüququ var: "Yəni, müştərilər və banklar arasında ünsiyyətin intensivləşəcəyini proqnozlaşdırmaq mümkündür."

Bu yeniliklərin banklar üçün nə dərəcədə sərfəli olmasına gəldikdə isə, bu, iş prosesinin gedişində bilinəcək. Şübhəsiz ki, girov qoyulan əmlakın hər bir növü üzrə risklərin qiymətləndirilməsi aparılacaq və bank artıq bu qiymətləndirmənin nəticələrinə əsasən kredit verəcək.

"Şübhəsiz ki, bank bütün bu aspektləri ölçüb-biçməlidir və əgər bütün risklər düzgün qiymətləndirilsə, banka yeni şərtlərlə kredit vermək sərfəli olacaq" — R. Ağayev bildirib.

Ötən illərdə banklar kreditləri daşınmaz əmlakın girov qoyulması, yaxud da maşınların avtokreditləşdirilməsi müqabilində verirdilər. Ağayevin sözlərinə görə, bir sıra banklar kreditin təminatı üçün qızılla işləmir. Adətən qızılın girov qoyulması müqabilində kreditin verilməsi xidmətini lombardlar həyata keçirir.

Kredit - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kredit götürmək istəyənlərə "yaşıl işıq"

Lakin daşınar əmlak müqabilində kreditlərin verilməsinə dair sənədin qəbulu o demək deyil ki, banklar kreditləri yeni qanunun şərtləri əsasında verəcəklər. "Bu proses məcburi xarakter daşımır. Hər bir bank özü müəyyən edəcək ki, bu, nə qədər sərfəlidir. Riskin yüksək olması səbəbindən bank daşınar əmlak qarşılığında kredit verməyəcək" – Ağayev deyib.

Daşınar əmlak anlayışı kifayət qədər geniş anlayışdır. Onun tərkibinə demək olar ki, potensial müştərinin şəxsi mülkünə daxil olan hər şeyi aid etmək mümkündür, hətta paltaryuyan maşını belə. Lakin potensial müştərinin təklif etdiyi bu əmlakı bank qiymətləndirməlidir.

"Həmin hipotetik paltaryuyan maşını müştəri 600 manat qiymətləndirə və bankdan 200 manat kredit götürə bilər. Əlbəttə ki, bu zaman bankın eksperti girov kimi təklif edilən əmlakı qiymətləndirəcək" – deyə mətbuat xidmətinin rəhbəri bildirib.

Ümumiyyətlə isə, Ağayev hesab edir ki, yeni qanun bankların kredit vermək praktikasını dəyişməyəcək: "Daşınmaz əmlakın girov qoyulması halında olduğu kimi, mümkündür ki, qiymətləndirmə banklarla müqaviləsi olan qiymətləndirmə şirkətləri tərəfindən aparılsın. Belə kredit vermə şərti girov qoyulan əmlakın məcburi qiymətləndirilməsi olacaq".

Xəbər lenti
0