Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Amerikalı elçinin bir işarəsi yetər ki...

Abunə olmaq
Beynəlxalq təşkilatın təmsilçisi ilə görüş sanki bir qubernatorla görüşü xatırladır

BAKI, 2 may — Sputnik. Azərbaycan beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Lakin bu, o anlama gəlmir ki, ölkənin siyasi təşkilatları hansısa beynəlxalq qurumun vassalına çevrilməlidir.

Fransa və Aİ bayraqları - Sputnik Azərbaycan
TƏHLİL
Avropa siyasəti bu qədər təzadlarla dolu olmamışdı

İnsan haqları və demokratiyanın inkişafı heç şübhəsiz beynəlxalq məsələdir. Lakin problem ondadır ki, hansısa səfir istədiyi vaxt müxalifəti ayağına gətirə, hətta diplomatik qaydalarla danlaya da bilər. Bir telefon zəngi kifayətdir ki, prosesləri öz istəyinə uyğun şəkildə istiqamətləndirsin.

Belə görüşlərin ancaq səfirlikdə keçirilməsi faktının özü məşhur "Qurdlar Vadisi Pusu" filmini xatırladır. Bu, saymazlıq nümunəsi kimi də xarakterizə edilə bilər.

Beynəlxalq təşkilatın təmsilçisi ilə görüş sanki bir qubernatorla görüşü xatırladır. Mətbuat bəzən səfirin müxalifət liderlərinin hamısını eyni vaxtda qəbul etməsini "planlaşdırma" kimi dəyərləndirir. Avropalı qonaq demokratik prosesləri ləngidə də bilər.

Həmin əcnəbi, ictimai narazılıq olduqda müxalifəti öz kabinetinə yığmaq və vəziyyəti koordinasiya etmək gücünə malikdir. Müxalifətin həsrətlə qapısını döydüyü, transmilli neft korporasiyalarının nümayəndəsi olan şəxslə görüşə elə can atılır ki, sanki bu, demokratiyanın taleyini həll edə bilər. Halbuki, Azərbaycanda seçki islahatının aparılması, müxalifətə efir vaxtının ayrılması, sərbəst toplaşmaq azadlığının təmin edilməsi, inzibati üsullardan istifadənin qarşısının alınması istiqamətində beynəlxalq təşkilatlar heç bir əməli addım atmayıb və buna heç cəhd belə, etməyib.

Bütün baş verənləri sıravi vətəndaşlar da izləyirlər. İşarəni ABŞ səfirliyindən gözləyən bəzi müxalifət nümayəndələri "Amerikanın uşaqları" kimi də xarakterizə olunur. Yaranan təəssürat ondan ibarətdir ki, ABŞ səfirliyinə, öz təsir imkanlarını artırmaq və prosesləri nəzarətində saxlamaq üçün "diri çəki" lazımdır. Bu baxımdan, səfir vaxtaşırı öz kabinetində müxalifət liderlərini görüşlə şərəfləndirir.

Milli Şuranın mitinqi. Arxiv şəkli - Sputnik Azərbaycan
SİYASƏT
Uzlaşmayan hədəflər uğrunda mübarizə

Onu da xatırlatmaq yerinə düşərdi ki, qardaş Türkiyədə heç bir müxalifət partiyasının təmsilçisi bu dərəcədə açıq-aşkar ABŞ səfiri ilə görüşə getməyə risk edə bilməz. Belə bir addım onun siyasi karyerasının sonu demək olardı. Türkiyədə ABŞ səfirliyində görünən siyasətçi heç bir zaman hakimiyyət iddiasında ola bilməz. İctimai rəy belə bir siyasətçinin külünü göyə sovurar.

Burada bir məsələyə də diqqət yetirmək lazım gəlir. Qərbin Azərbaycana təzyiqi müxtəlif amillərlə bağlıdır. Burada rəsmi Bakının birtərəfli xarici siyasi kurs götürməməsi, balans siyasətinə üstünlük verəcəyini bəyan etməsi mühüm rol oynayır.

Qərbdə islamafobiya daim mövcud olub. Azərbaycana qarşı konkret bu tendensiyanın davam etdiyini də hər kəs etiraf edir. Lakin bu məsələnin İslamla bağlılığı elə də önəm kəsb etmir. Əsas odur ki, Qərb Şərqi həzm edə bilmir. Çünki fərqli sivilizasiyalardır.

İstənilən halda, Azərbaycana qarşı təzyiqlərdə din həlledici amil deyil. Bakı balans siyasətinə üstünlük edir. Qərbi qıcıqlandıran əsas səbəb də budur…

Xəbər lenti
0