Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Milli yığmamız növbəti sınaqdan üzüağ çıxdı

© Photo : ATF mətbuat xidmətiTaekvando üzrə Azərbaycan milli yığması
Taekvando üzrə Azərbaycan milli yığması - Sputnik Azərbaycan
Abunə olmaq
G2 kateqoriyalı "DTF Prezident Kuboku" yarışında millimiz 2 qızıl, 2 gümüş və 4 bürünc, ümumilikdə 8 medala sahib olublar

BAKI, 1 may — Sputnik. Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən "DTF Prezident Kuboku" yarışına yekun vurulub. Sputnik Azərbaycan xəbər verir ki, yarışın son iki günü taekvondoçularımız komandamızın aktivinə 1 qızıl, 2 gümüş və 1 bürünc, ümumilikdə 4 medal yazdıra biliblər.

Bolqarıstanın paytaxtı Sofiya şəhərində gənc (21 yaşadək) taekvondoçular arasında Avropa Birinciliyi - Sputnik Azərbaycan
İDMAN
İdmançımız bürünc medal qazandı

Yeniyetmələr arasında —41 kq çəki dərəcəsində yarışa qatılan Ofeliya Allahverdiyeva rəqiblərinə şans verməyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Böyüklərdən ibarət yığma komandamızın üzvü Qaşım Maqomedov (-54 kq) və Radik İsaev (+87 kq) finala vəsiqə qazansalar da həlledici döyüşdən məğlub ayrılaraq gümüş medala layiq görülüblər. Sina Bahrami (-68 kq) isə yarışı yarmfinal mərhələsində başa vurub.

Beləliklə, 51 ölkədən 2182 taekvondoçunun iştirak etdiyi sayca ikinci olan G2 kateqoriyalı "DTF Prezident Kuboku" yarışında millimizin idmançıları uğurlu çıxış edərək 2 qızıl, 2 gümüş və 4 bürünc, ümumilikdə 8 medala sahib olublar. Turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə etmiş olurlar.

Xəbər lenti
0