Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdmançımız bürünc medal qazandı

© Photo : SİABolqarıstanın paytaxtı Sofiya şəhərində gənc (21 yaşadək) taekvondoçular arasında Avropa Birinciliyi
Bolqarıstanın paytaxtı Sofiya şəhərində gənc (21 yaşadək) taekvondoçular arasında Avropa Birinciliyi - Sputnik Azərbaycan
Abunə olmaq
58 kq çəki dərəcəsində Fizam Mehtiyev Avropa üçüncüsü olub

BAKI, 7 apr — Sputnik. Bolqarıstanın paytaxtı Sofiya şəhərində gənc (21 yaşadək) taekvondoçular arasında Avropa Birinciliyi davam edir. Taekvondo Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, çempionatın birinci günü iki taekvondoçumuz yarışıb. 

Komandamıza ilk medalı Fizam Mehtiyev qazandırıb. 58 kq çəki dərəcəsində qitə birinciliyinə qatılan F.Mehtiyev Ermənistan təmsilçisi Albert Hovannisyanı böyük hesabla (23-3) məğlub edib. Növbəti mərhələdə yerli taekvondoçu Koloyan Binevi də (8-5) yarışdan kənarlaşdıran idmançımız ukraynalı İqor Poyedynoka da qalib gələrək yarımfinala adlayıb. Finala vəsiqə uğrunda Dmitri Naqayevlə (İsrail) gərgin keçən döyüşün əsas vaxtı bərabər hesabla bitsə də, təmsilçimiz “qızıl xal”da məğlub olaraq bürünc medala layiq görülüb.

Digər idmançımız Paniz Esmaeilpour (-46 kq) ilk  döyüşündə israilli idmançı Abishaq Semberqlə əsas vaxtı bərabər başa vursa da, döyüşü "qızıl xal"la əldən verib və yarışı erkən başa vurub.

Xatırladaq ki, komandamız Avropa birinciliyinə 7 taekvondoçu ilə qatılıb. Yarışa 9 aprel tarixində yekun vurulacaq. 

Xəbər lenti
0