CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Siqaret çəkilməsi ilə bağlı sərt məhdudiyyətlərə necə baxırsınız?

© Flickr / R/DV/RSNo smoking sign
No smoking sign - Sputnik Azərbaycan
Abunə olmaq
Tütün məhsullarının istifadəsinə dair məhdudiyyətləri müsbət qarşılayanlarla bərabər, buna qarşı çıxanlar da var

BAKI, 13 apr — Sputnik. Milli Məclisin aprelin 14-də keçiriləcək plenar iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq. Qanun layihəsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir.

Çayxanada siqaret çəkən adamlar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Siqaret qadağasının tam təfərrüatları açıqlandı

Layihəyə əsasən, səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə tütün çəkilməsinə icazə verilməyəcək.

Sputnik Azərbaycan-ın əməkdaşı sosial şəbəkə istifadəçilərinə "Siqaret çəkilməsi ilə bağlı sərt məhdudiyyətləri nə dərəcədə zəruri hesab edirsiniz" sualı ilə müraciət edib. Cavabları təqdim edirik.

Cahangir Həsənli: "Çox gözəl təşəbbüsdür. Dəstəkləyirəm".
Elşən Ağalar: "Məhdudiyyətlər insanları daha zərərli vərdişlərə meylləndirir, özünə çəkir. Buna görə də Avropa təcrübəsindən yararlanmaq lazımdır. Zəruridir, əməl ediləcəyi təqdirdə gözəl nəticə əldə edilə bilər".

Vasif Əlihüseyn: "Siqaretin ictimai yerlərdə çəkilməsinə icazə verilməməsini normal qarşılayıram. Hamını zəhərləmək olmaz axı".

Vüqar Vəliyev: "Yerində bir qərardır. Hara baxırsan, insanlar əllərində siqaret gəzirlər. Dəstəkləyirəm".

Səbuhi Məmmədli: "Mənasız təklifdir. Əvvəla, buna riayət edən olmayacaq. İkincisi, bu qanun siqaret çəkən insanlarda qıcıq yaradacaq. Həm də büdcəyə gələn gəlir azalacaq. Onsuz da büdcəni doldura bilmirlər".

Siqar və şərab, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Spirtli içki və siqaretlərlə bağlı mühüm xəbər

Rüstəm Əfsərli: "Qəti etiraz edirəm".

Arzu Umut: "Dəstəkləyirəm. Niyə ictimai yerdə kimlərəsə görə siqaret çəkməyən insan məcbur zəhərli hava udmalıdır?!"

Murad Məmmədov: "Siqaret çəkirəm, lakin məncə, sərt məhdudiyyətlər lazımdır. Yerində verilmiş qərardır".

Vüqar Baba: "Siqaret çəkməyənlərin hüquqlarının qorunması baxımından müsbət qiymətləndirirəm. Siqaret çəkməyənin nəfəs almasına mane olmayacaq formada və yerdə siqaret çəkmək lazımdır. Məsələn, siqaret çəkiləndən 10 dəqiqə sonra mən bloka, liftə, tualetə girə bilmirəm. Hətta önümdə yeriyə-yeriyə siqaret çəkənin arxasında olanda boğuluram. Və mənim kimi əziyyət çəkənlər az deyil. Bir sözlə, azadlıqlar başqalarının azadlıqlarına mane olmayanda gözəldir".

İsaq Mayılov: "Lazımdır, əgər bu işin üstünə düşsələr, əla olar. Yoxsa ki, hara girirsən, oturmağa 10 dəqiqə sonra üzərimizdən tütün iyi gəlir. Nə qadın bilirlər, nə uşaq, nə yaşlı".

Xəbər lenti
0