CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Siqaret qadağasının tam təfərrüatları açıqlandı

© Sputnik / Murad OrujovÇayxanada siqaret çəkən adamlar
Çayxanada siqaret çəkən adamlar - Sputnik Azərbaycan
Abunə olmaq
Qadağan olunmuş yerlərdə siqaret çəkənləri hansı cərimələr gözləyir?

BAKI, 11 apr — Sputnik. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi Milli Məclisin aprelin 14-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Sputnik Azərbaycan xəbər verir ki, qanun layihəsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir.

Ədədlə siqaret satışı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Siqaret satışı ilə bağlı son xəbərdarlıq: müddət bitdi

Layihəyə əsasən, səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə tütün çəkilməsinə icazə verilməyəcək.

Bundan başqa, təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, onların ərazilərində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, restoranlar, kafelər, barlar daxil olmaqla ictimai iaşə obyektlərində (açıq məkanlar istisna olmaqla), ticarət və məişət obyektlərində, sosial xidmət müəssisələrində, mehmanxanalarda, teatr və kinoteatrlarda, sərgilərdə, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində tütündən istifadə qadağan ediləcək, eyni zamanda, yerüstü və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda və taksilərdə, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda da bu qadağa keçərli olacaq.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, avtobus dayanacaqlarında siqaret çəkilməsinin qadağan edilməsi qanun layihəsində yoxdur: "Amma olsa, yaxşı olar. Çünki dünya təcrübəsində var. Avtobus dayanacağı da kiçik bir məkandır və çox vaxt üstü örtülü olur. Orada hər cür insan olur. Amma bizim qanunda bu məsələ əhatə edilmir. Bu mənada əhatə edilmir ki, bu qanunun tətbiqi başlayan vaxt müəyyən insanlar psixoloji cəhətdən bu məhdudiyyətlərə hazır deyillər. Gələcəkdə daha ciddi şəkildə məhdudiyyətlər qoymaq olar. Amma dünya təcrübəsində bir çox ölkələrdə avtobus dayanacaqları da əhatə edilib və burada siqaret çəkilməsi qadağandır".

"Qadağan olunmuş yerlərdə siqaret çəkənləri hansı cərimələr gözləyir sualına" millət vəkili deyib ki, cərimələri indidən demək olmaz: "Qanun qəbul ediləndən sonra İnzibati Xətalar Məcəlləsinə dəyişiklik vaxtı cərimələr müzakirə ediləcək. Amma dünya təcrübəsində fiziki şəxslər üçün təxminən 50 avrodan 100 avroya qədərdir. Hüquqi şəxslər üçün də 500 avrodan 5 min avroya qədərdir. Kafedə, çayxanada, restoranda, bağlı yerlərdə çıxıb bayırda siqaret çəkib gəlmək olar. Yaxud çayxana, restoran açıq yerdirsə, çəkmək olar".

Onun sözlərinə görə, çimərlik əraziləri hüdudlarında da tütün çəkilməsinə icazə verilməyəcək: "Amma çimərlikdə müəyyən yerlər ayrıla bilər ki, orada siqaret çəkə bilsinlər. Çünki çimərlikdə də uşaqlar, yeniyetmələr çox olur. Yəni, çimərlikdə onları tütündən qorumaqdan çox pis vərdişi aşılamamaq nöqteyi-nəzərindən tütün çəkilməsinə icazə verilməyəcək. Həm də çimərliyə insan sağlamlığını bərpa etməyə, dincəlməyə gəlir. Amma düşünürəm ki, çimərlik ərazisində ayrıca yerlər ayrıla bilər ki, siqareti orada çəksinlər. Kim harada gəldi, siqaret çəkir. Həm də çimərlik ərazisinin zibillənməməsi nöqteyi-nəzərindən də tütün çəkilməsinə icazə verilməyəcək".

Курение в общественных местах - Sputnik Azərbaycan
Azərbaycanda bu qədər qadın siqaret çəkir

"Həmin yerlərdə siqaret çəkənlər barədə hansı quruma şikayət edilməlidir" sualına M. Quliyev belə cavab verib: "Bu məsələ sözügedən qanunun predmeti deyil. Tənzimləmə məsələləri belədir ki, qanun qüvvəyə minəndə Prezidentin sərəncamı olur və sərəncamda artıq konkret icra hakimiyyəti orqanlarına tapşırıqlar veriləcək. Bu, qanunda göstərilmir".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında, restoran və kafelərdə xüsusi zalların yaradılmasının vacibliyini qeyd edib: "Hazırda Bakıda belə zallar mövcuddur. Məsələn, bir içkili şəxs siqaretin qadağan olunduğu yerdə siqaret çəkir və ona irad tutanda dava-dalaş düşəcək. Bir də var deyəsən ki, siqaret çəkənlər xüsusi ayrılmış zalda əyləşsinlər. Orada da yaxşı havalandırma olmalıdır. Bu, daha effektlidir".

"Qanunun qəbul edilməsi çox vacibdir, amma bu şərtlə ki, Azərbaycan reallığına uyğun olsun. Azərbaycan şəraitində təcrübədə bu, özünü doğrultmayacaq. Ayrıca ayrılmış yerlərdə siqaretin çəkilməsi məsələsi praktiki olaraq özünə vəsiqə qazana bilməyəcək" — deyə Hüseynov vurğulayıb.

Xəbər lenti
0