Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Qədim türk şəhərinin statusu

© AP Photo / Hadi MizbanKərkük
Kərkük - Sputnik Azərbaycan
Abunə olmaq
Bayraq böhranına ən qısa zamanda xitam verilməsə, hərbi müdaxilə də daxil olmaqla hər cür variant masadadır

BAKI, 6 apr – Sputnik. Kərkük qədim türkman şəhəridir. İŞİD-lə mübarizə görüntüsü arxasında gizlənərək, oldu-bitdi ilə şəhərin statusunun dəyişməsinə səssiz qalmaq mümkün deyil. İraq konstitusiyasına görə, Kərkük Mərkəzi İraq hökumətinə bağlıdır və oradakı dövlət binalarına sadəcə İraq bayrağı asılmalıdır. Biz Türkiyə olaraq İraqın daxili işlərinə qarışmağı doğru hesab etmirik, ancaq İraqın ərazi bütövlüyünün qorunması və bölgədə yaşayan türkmanların can və mal təhlükəsizliyinin təminatı qırmızı xəttimizdir.

Yılmaz Altunsoy Türkiyədə parlament üsul-idarəsinin ləğvini alqışlayır - Sputnik Azərbaycan
Türkiyə yüz illik probleminin həlli ərəfəsindədir

İraq Kürdüstan Regional Rəhbərliyi ilə Türkiyə arasında uzun zamandır qarşılıqlı dostluq əlaqələri mövcuddur. O bayrağı ora asanlar İraq Kürdüstan Vətənpərvər Birliyi (IKVB) Partiyasının üzvləri olsalar da, faktiki olaraq idarəçilik Türkiyəyə dost olduğunu deyən Məsud Bərzanidədir. Və problemin həlli də onun üzərinə düşür. Kərkük statusu dəyişdiriləcək bir şəhər deyil. Bu şəhər Regional Kürd Rəhbərliyi içindəki partiyaların öz aralarındakı çəkişmə və genişlənmə səylərinə alət edilə bilməz. 

Türkiyənin bu mövzudakı həssaslığı ortadadır. Kərkük yerli məclisinin referendum qərarı alması, şəhərin gələcəyi və statusu baxımından əhəmiyyətlidir və müsbətdir. Ancaq bu referendumun sağlam keçə bilməsi üçün Səddam Hüseyndən sonra kürd silahlıları tərəfindən öz evlərindən zorla köçürülən türkmanların yenidən Kərkükə qaytarılması vacibdir. Onların haqları yenidən bərpa olunmalıdır. 

Əks halda, bölgədə yüz illərdir sülh içində yaşayan kürd, türk və ərəblər arasında daimi sülh təsis edilə bilməz və bölgə hər cür manipulyasiyaya açıq hala gələ bilər. 

Kərkük çox mədəni və müxtəlif etnik quruluşlu şəhərdir. Hər hansı bir etnik qrupun tək tərəfli müdaxiləsi və bölgədə özünə daha geniş yer etməyə çalışması Türkiyə tərəfindən qəbul edilə bilməz.

Türkiyənin qırmızı xəttləri ortadadır və hər kəs bunu çox yaxşı bilir. Bayraq böhranına ən qısa zamanda xitam verilməsə, hərbi müdaxilə də daxil olmaqla hər cür variant masadadır. Türk millətinin səbr kasasının zorlanmaması bölgədəki bütün tərəflərə şiddətlə tövsiyə edilir.

Xəbər lenti
0