Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Bu idman növü uşaqlarda özlərinə inam yaradır”

© Photo : Ə.İsgəndərovun şəxsi arxiviƏli İsgəndərov
Əli İsgəndərov - Sputnik Azərbaycan
Abunə olmaq
Əli İsgəndərov: "İdmançının iradəsi olmalıdır. İradə varsa, problem olmur"

BAKI, 28 mart – Sputnik. Azərbaycanda tarixən şərq döyüş növlərinə maraq böyük olub. Belə döyüş növlərindən biri də Ciu-Citsu idman növüdür. Yapon idman növü olan Ciu-Citsu Azərbaycanda da kifayət qədər sevilir. Azərbaycan Milli Ciu-Citsu Federasiyasinin "Z" idman klubunun rəhbəri, 1-ci dan qara kəmər ustası Əli İsgəndərov Sputnik Azərbaycan-a müsahibəsi zamanı bu idman növü haqqında geniş məlumat verib. 

— Ciu-Citsu qeyri-olimpiya idman növüdür. Bu idman növünü seçməkdə məqsədiniz nə idi?

— Ciu-Citsu olimpiya idman növləri sırasında olmasa da, bu idman növü özündə bir çox döyüş növlərini cəmləyir. Hətta olimpiya idman növü ola cüdo da ciu-citsunun bir qoldur. Bizim idman növünün 2024-cü il olimpiya oyunlarına daxil ediləcəyi gözlənilir. Bunu nəzərə alaraq, bu idman növünün daha perspektivli olacağını deyə bilərəm. 

Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır - Sputnik Azərbaycan
VİDEO
Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır

 Bu idman növünün Azərbaycanda inkişafı üçün nələr etməyi düşünürsünüz?

— Bu idman növünün inkişafı üçün federasiya rəhbərliyi ilə birlikdə birinci növbədə Ciu-Citsunun insanlara nə kimi müsbət təsirləri olduğunu və nə üçün bunu seçməli olduqlarını anladırıq. Bu idman növü uşaqlarda özlərinə inam yaradır. Ən əsası onların yeniyetmə və gənc yaşlarında sağlam həyat sürmələri üçün bir yoldur.

 Ciu-Citsu 2024-cü ildə olimpiya idman növü olsa, özünüzü olimpiya yarışlarında sınayacaqsınız, yoxsa ancaq müəllim olmaqla kifayətlənəcəksiniz?

— Hər bir idmançının arzusudur ki, həyatında bir dəfə də olsa olimpiadaya qatılsın. Amma bir müəllim üçün onun tələbələrinin uğurları da çox vacibdir. Əgər bir müəllim tələbələrinin uğurlarını görürsə, tələbələrini zirvələrdə seyr edirsə, bu, həmin müəllimin hər bir idman nailyyətindən artıq bir uğurdur.

© Photo : Ə.İsgəndərovun şəxsi arxiviƏli İsgəndərov: Bir müəllim üçün onun tələbələrinin uğurları da çox vacibdir
Əli İsgəndərov: Bir müəllim üçün onun tələbələrinin uğurları da çox vacibdir - Sputnik Azərbaycan
Əli İsgəndərov: Bir müəllim üçün onun tələbələrinin uğurları da çox vacibdir

 Bu idman növünə qadınların marağı necədir?

— Ciu-Citsu özünümüdafiə sistemində əks olunur. Bu səbədən də xanımlar üçün bu idman növünün özəlliyi var. 

Gənclər və İdman Nazirliyi - Sputnik Azərbaycan
İDMAN
Qalib idmançılarla görüş oldu

 Ciu-Citsunu küçə idman növü saymaq olar?

— Ciu-Citsu idman növü əsasında bir çox ölkələrin hüquq-mühafizə orqanlarının əməkdaşları, xüsusi təyinatlı dəstələr, hərbçilər hazırlanır. Azərbaycanda da belədir. Çünki Ciu-Citsunun tərkibində cüdo, karate, aykido, sambo və bir çox digər döyüş növlərinin elementləri, texnikaları cəmlənir. Ciu-Citsunun növləri var. Yarış üçün hazırlanan tələbələrə Ciu-Citsunun idman tərəfi keçirilir. Amma bunun özünümüdafiə tərəfi də var. Əslində Ciu-Citsu geniş tərkibli döyüş növüdür. Sadəcə, adi ümumiləşdirilərək bir cür adlanır – Ciu-Citsu.

— İdmançılar bayramları sevir. Amma Novruz bayramı kalorili yeməkləri ilə insanı kökəldir. Siz də bu problemlə qarşılaşırsınız?

— İdmançının iradəsi olmalıdır. İradə varsa, problem olmur. 

Xəbər lenti
0