CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Modelyer, dülgər, turizm agenti...

© Sputnik / Irade JELILPeşə liseyi
Peşə liseyi - Sputnik Azərbaycan
Abunə olmaq
"Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan..."

BAKI, 21 mart — Sputnik. Hər bir insan gənc yaşlarından gələcəkdə məşğul ola biləcəyi iş haqqında düşünməlidir. İnsan hansı peşəni sevirsə, onun dərinliklərinə yiyələnməli və işinin ən yaxşısı olmağa çalışmalıdır. Belə olarsa, ölkədə keyfiyyətsiz iş problemi də öz həllini tapmış olar. Bəzən gənclər bərbər, dərzi, aşpaz olmaq üçün kiminsə yanında şagird kimi dayanaraq bu peşəyə yiyələnməyə çalışırlar. Professional olmaq üçün isə seçdiyin peşənin məktəbini oxumalısan.

Ölkədə yeniyetmələrə təhsili verən onlarla peşə məktəbi var. Biz onlardan birində — 5 saylı Bakı Peşə Liseyində olub rəhbərlik, müəllim və şagird kollektivi ilə görüşdük, dərslərin keçirilməsi prosesi ilə tanış olduq. 

Müstəsna səbr tələb edən sənət - Sputnik Azərbaycan
VİDEO
Müstəsna səbr tələb edən sənət

5 saylı Bakı Peşə Liseyinin rəhbəri Fikrət Nəbiyev Sputnik Azərbaycan-a verdiyi açıqlamada bildirdi ki, məktəb 1971-ci ildən fəaliyyət göstərsə də, hazırkı lisey statusunu 1996-cı ildə alıb: "2016-2017-ci tədris ilində peşə liseylərinə qəbul Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Asan Xidmət"lə birgə yeni layihəsi olan "Asan peşə" layihəsi əsasında həyata keçirildi. Bu layihə özünü çox yüksək səviyyədə doğrultdu. Eyni zamanda, bu tədris ilində xidmət sahələrinin daha da təkmilləşdirilməsi məqsədilə yeni ixtisaslar üzrə ixtisaslı kadrların hazırlanmasına başlanıldı".

"Hazırda liseydə müasir tələblərə cavab verən 18 ixtisas üzrə — mehmanxana inzibatçısı, hoteldə konsiyerj, mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi, ofisiant-barmen-bufetçi, qənnadçı-şirniyyatçı, turizm agenti, aşpaz, bərbər, dərzi, dülgər, elektrik qaz qaynaqçısı, elektroquraşdırıcı-sxemçi, mühafizəçi, əməliyyatçı mühasib, kompüter operatoru, inşaat rəngsazı, bağban dekorator, kompüter ustası ixtisasları üzrə 35 qrupda 652 nəfər şagird təhsil alır. Bunlardan 291 nəfər şagird təhsil müddəti 3 il olan qruplarda,361 nəfər şagird isə təhsil müddəti 1 il olan qruplarda təhsil alır" — həmsöhbətimiz əlavə etdi.

F.Nəbiyev bildirir ki, bu ixtisaslar içərisində 3 əsas ixtisas (hoteldə konsiyerj, mehmanxanada təsrrüffat işləri üzrə nəzarətçi, aşpaz) ixtisasları üzrə 2016-2017-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council və turizm sənaye müəssisələri ilə birgə əməkdaşlıq çərçivəsində yeni layihənin təqdimat mərasimi keçirilib: "Bu layihə çərçivəsində 3 əsas ixtisas üzrə milli peşə standartlarına uyğun kurikulumun hazırlanması, müəllimlərin qabiliyyət potensialının artırılması və şagirdlər üçün təlim və iş üzrə təcrübə proqramının keçirilməsi nəzərdə tutulub. Bu gün bu layihəyə daxil olan ixtisaslar üzrə 49 nəfər şagird təhsil alır. Onlardan 19 nəfər aşpaz, 15 nəfər oteldə konsiyerj, 16 nəfər isə mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi ixtisasında təhsil alır". 

Təhsil üzrə ekspert Asif Cahangirov - Sputnik Azərbaycan
Ekspert: “Peşə təhsili sistemində müəyyən canlanma və irəliləyiş var”

Onun sözlərinə görə, hal-hazırda liseydə bərbər ixtisası üzrə qısa müddətli kurslar fəaliyyət göstərir. Bu ixtisası bitirən şagirdlər sertifikatla təmin edilir. Liseydə 90 nəfər mühəndis-pedaqoji heyət var.

Daha sonra liseydə dərslərin keçirilmə prosesində iştirak edib, şagirlərin fikirlərini öyrəndik. Əvvəlcə bərbər ixtisası alan uşaqlarla söhbətləşdik. Onu da deyim ki, uşaqların bu sənətə maraqlı olduqları elə öz saçlarından hiss edilirdi. Bərbər qrupunun uşaqları saç düzümü ilə seçilirdi.

Liseyin bərbər işi üzrə nəzəriyyə müəllimi Mərziyə İsmayılova bildirir ki, uşaqların bu peşəyə böyük marağı var: "Biz dərsləri əvvəlcə "balvanka" üzərində başa salırıq, ikinci dərsdə isə canlı model üzərində həyata keçirilir. Bu model qrup yoldaşları və ya kənardan gələn bir şəxs ola bilər. Qrupda qızlar öyrəndikləri əməliyyatları bir-birlərinin üzərində həyata keçirirlər".

Liseyin şagirdi Aynurə Qəfərova deyir ki, uşaqlıqdan bərbər işinə marağı olub. Elə buna görə də Şirvan şəhərindən Bakıya gələrək bu məktəbə daxil olub. Aynurənin gələcəyə böyük planları var: "Salonlara şagird kimi də getmişəm, amma sonra daha peşəkar olmaq istədim və bu məktəbi seçdim". Aynurə gələcəkdə tanınmış stilist-vizajist-bərbər olmaq arzusundadır.

Abdullazadə Aslanpur Əhməd də bərbər ixtisasına yiyələnməyə maraqlıdır: "Mən bu sənəti sevirəm. Professional olmaq üçün internetdə araşdırma apardım, gördüm ki, bu məktəb həm evimə yaxındır, həm də xarici məktəblərə bənzəyir və sənədlərimi verdim". 

Qazancı az olsa da, o, sənətini çox sevir - Sputnik Azərbaycan
VİDEO
Qazancı az olsa da, o, sənətini çox sevir

Liseydə dərzilik peşəsinə yiyələnmək üçün də hər bir şərait var. Liseyin istehsalat otağında tələbələrlə söhbət edərkən də buna şahid olduq.

Nailə Rəsulova dərzi ixtisasına yiyələnmək arzusundadır. Deyir, bu sənəti uşaqlıqdan gəlinciklərinə paltar tikərək öyrənib: "Böyüdükcə bu peşəyə həvəsim daha da artdı. Mən də Gülnarə Xəlilova, Fəxriyyə Xələfova kimi tanınmış olmaq istəyirəm. İstəyirəm, mənim də özümün brend markam olsun. Çox arzulayıram ki, mənim tikdiyim, çəkdiyim geyimləri məşhurlar geyinsinlər".

Nərmin Xəlilova da dərzilik ixtisası üzrə təhsil alır. Deyir ki, onun daha çox eskizlər çəkməyə marağı var. Bu məktəbi bitirdikdən sonra o da məşhurlarla işləməyi düşünür. Tahir Əzimov isə deyir ki, dərzilikdə yaxşı pul olduğu üçün bu sənəti seçib.

Anar Hacıyev ofisiant-barmen-bufetçi ixtisası üzrə təhsil alır: "Ölkəmizdə turizm inkişaf edir. Mən bu ixtisasın sirlərini öyrənirəm ki, təhsili gələcəkdə davam etdirib, restoran şəbəkələrimi açım".

Liseydə aşpazlıq qrupunda təhsil alan Fatimə Həmzəyeva yemək yeməyi və bişirməyi sevdiyi üçün aşpazlıq sənətinə yiyələnməyə qərar verib: "Mən restoranlara gedəndə çox zaman bişirilən yeməkləri bəyənmirəm. İstəyirəm ki, daha dadlı yeməklər bişirim". Qeyd edək ki, Fatimə bizə bir yeməyin reseptini də verdi.

Liseyin müəllimi Xanım Mirzəyeva bu yaxınlarda İstanbulda keçirilən "Mutfak günleri" yarışmasında iştirak edərək 3 yeri tutub. Müəllim liseydə uşaqlara aşpazlıq dərsləri keçir, dadlı yemək bişirməyin sirlərini öyrədir.

© Sputnik / Irade JELILLiseyin şagirdi Abdullazadə Aslanpur Əhməd
Liseyin şagirdi Abdullazadə Aslanpur Əhməd - Sputnik Azərbaycan
1/20
Liseyin şagirdi Abdullazadə Aslanpur Əhməd
© Sputnik / Irade JELILLiseyin şagirdi Aynurə Qəfərova
Liseyin şagirdi Aynurə Qəfərova - Sputnik Azərbaycan
2/20
Liseyin şagirdi Aynurə Qəfərova
© Sputnik / Irade JELIL5 saylı Bakı Peşə Liseyinin rəhbəri Fikrət Nəbiyev
5 saylı Bakı Peşə Liseyinin rəhbəri Fikrət Nəbiyev - Sputnik Azərbaycan
3/20
5 saylı Bakı Peşə Liseyinin rəhbəri Fikrət Nəbiyev
© Sputnik / Irade JELILPeşə liseyinin şagirdi
Peşə liseyinin şagirdi - Sputnik Azərbaycan
4/20
Peşə liseyinin şagirdi
© Sputnik / Irade JELILLiseyin dərzilik üzrə təhsil alan tələbələri
Liseyin dərzilik üzrə təhsil alan tələbələri - Sputnik Azərbaycan
5/20
Liseyin dərzilik üzrə təhsil alan tələbələri
© Sputnik / Irade JELILLiseydə dərzilik peşəsinə yiyələnmək üçün də hər bir şərait var
Liseydə dərzilik peşəsinə yiyələnmək üçün də hər bir şərait var - Sputnik Azərbaycan
6/20
Liseydə dərzilik peşəsinə yiyələnmək üçün də hər bir şərait var
© Sputnik / Irade JELILNailə Rəsulova dərzi ixtisasına yiyələnmək arzusundadır
Nailə Rəsulova dərzi ixtisasına yiyələnmək arzusundadır - Sputnik Azərbaycan
7/20
Nailə Rəsulova dərzi ixtisasına yiyələnmək arzusundadır
© Sputnik / Irade JELILOfisiant-barmen-bufetçi ixtisası üzrə təhsil alan tələbələr
Ofisiant-barmen-bufetçi ixtisası üzrə təhsil alan tələbələr - Sputnik Azərbaycan
8/20
Ofisiant-barmen-bufetçi ixtisası üzrə təhsil alan tələbələr
© Sputnik / Irade JELILAnar Hacıyev ofisiant-barmen-bufetçi ixtisası üzrə təhsil alır
Anar Hacıyev ofisiant-barmen-bufetçi ixtisası üzrə təhsil alır - Sputnik Azərbaycan
9/20
Anar Hacıyev ofisiant-barmen-bufetçi ixtisası üzrə təhsil alır
© Sputnik / Irade JELILPeşə liseyi
Peşə liseyi - Sputnik Azərbaycan
10/20
Peşə liseyi
© Sputnik / Irade JELILPeşə liseyi
Peşə liseyi - Sputnik Azərbaycan
11/20
Peşə liseyi
© Sputnik / Irade JELILPeşə liseyi
Peşə liseyi - Sputnik Azərbaycan
12/20
Peşə liseyi
© Sputnik / Irade JELILPeşə liseyi
Peşə liseyi - Sputnik Azərbaycan
13/20
Peşə liseyi
© Sputnik / Irade JELILPeşə liseyi
Peşə liseyi - Sputnik Azərbaycan
14/20
Peşə liseyi
© Sputnik / Irade JELILPeşə liseyi
Peşə liseyi - Sputnik Azərbaycan
15/20
Peşə liseyi
© Sputnik / Irade JELILPeşə liseyi
Peşə liseyi - Sputnik Azərbaycan
16/20
Peşə liseyi
© Sputnik / Irade JELILPeşə liseyi
Peşə liseyi - Sputnik Azərbaycan
17/20
Peşə liseyi
© Sputnik / Irade JELILLiseydə aşpazlıq qrupunda var
Liseydə aşpazlıq qrupunda var - Sputnik Azərbaycan
18/20
Liseydə aşpazlıq qrupunda var
© Sputnik / Irade JELILAşpazlıq qrupunda təhsil alan tələbələr
Aşpazlıq qrupunda təhsil alan tələbələr - Sputnik Azərbaycan
19/20
Aşpazlıq qrupunda təhsil alan tələbələr
© Sputnik / Irade JELILMəhəmməd Əliyev də turizm agenti ixtisasını seçib
Məhəmməd Əliyev də turizm agenti ixtisasını seçib - Sputnik Azərbaycan
20/20
Məhəmməd Əliyev də turizm agenti ixtisasını seçib
1/20
Liseyin şagirdi Abdullazadə Aslanpur Əhməd
2/20
Liseyin şagirdi Aynurə Qəfərova
3/20
5 saylı Bakı Peşə Liseyinin rəhbəri Fikrət Nəbiyev
4/20
Peşə liseyinin şagirdi
5/20
Liseyin dərzilik üzrə təhsil alan tələbələri
6/20
Liseydə dərzilik peşəsinə yiyələnmək üçün də hər bir şərait var
7/20
Nailə Rəsulova dərzi ixtisasına yiyələnmək arzusundadır
8/20
Ofisiant-barmen-bufetçi ixtisası üzrə təhsil alan tələbələr
9/20
Anar Hacıyev ofisiant-barmen-bufetçi ixtisası üzrə təhsil alır
10/20
Peşə liseyi
11/20
Peşə liseyi
12/20
Peşə liseyi
13/20
Peşə liseyi
14/20
Peşə liseyi
15/20
Peşə liseyi
16/20
Peşə liseyi
17/20
Peşə liseyi
18/20
Liseydə aşpazlıq qrupunda var
19/20
Aşpazlıq qrupunda təhsil alan tələbələr
20/20
Məhəmməd Əliyev də turizm agenti ixtisasını seçib

Liseydə turizm agenti ixtisası da var. Müəllim Güllü Əsgərlinin sözlərinə görə, burada tələbələrə turizmin incəlikləri öyrədilir. Bu qrupda təhsil alan Qəzənfər Hüseynov Azərbaycanda "dini turizmi" inkişaf etdirmək istəyir.

Məhəmməd Əliyev də turizm agenti ixtisasını seçib. Deyir ki, turizm qeyri-neft sənayesi olduğu üçün onun diqqətini çəkib: "Mən bu sənətin dərinliklərinə yiyələnib, ölkəmdə turizmi inkişaf etdirmək istəyirəm. Mən Türkiyədə və Gürcüstanda olmuşam, amma Azərbaycan hər yerdən gözəldir".

Daha sonra ofisiant və aşpaz qrupunda təhsil alan şagirdlərin dərslərində iştirak etdik. Liseydə təhsil alan tələbələr seçdikləri peşəyə çox maraq göstərir, yiyələnəcəkləri peşənin dərinliklərini öyrənib Azərbaycana layiqli professional iş adamları olacaqlarını arzulayırlar.

Peşə liseylərində şagirdlərə müasir tələblərə uyğun ixtisasların öyrədilməsi çox vacibdir. Bu onların gələcəkdə iş tapmaları ilə yanaşı, əmək bazarının peşəkarlarla təmin olunması baxımından da böyük əhəmiyyət kəsb edir.

Xəbər lenti
0