Hazırda Gəncə şəhərində yaşayıb-yaradan Məhəmməd Fəhimov kimi insanlar var. O, Gəncədə yerləşən qədim karvansarada misgərlik sənətini davam etdirir.
Məhəmməd kişi bu sənətə gəlişini belə nəql edir: "Atama, babama hər gün yemək aparırdim. Bir gün babam atama dedi ki, "gəl, bu uşağı yoxlayaq". Çəkici verdi ki, "al, o zindanı döyəclə". Çəkici götürdüm, başladım döyəcləməyə. O zaman babam atama "bu uşağın gələcəyi var, gör çəkici necə düz tutur" dedi".
Misgərlik böyük səbr, dəqiqlik və incəlik tələb edir. Əgər insanın özündə maraq yoxdursa, bu sənəti öyrənməsi mümkün deyil. Bu işdə gərək çəkic əldən düşməsin. Həmçinin, qalaylamada kömürün, kislatanın vurulması zamanı ayrılan dəm qazı orqanizmə mənfi təsir edir.