CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kənd təsərrüfatı nazirindən ətin qiymətilə bağlı qəribə açıqlama

© Sputnik / Murad OrujovПродажа мяса в Баку, фото из архива
Продажа мяса в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Heydər Əsədov: "Müqayisə etsək, 10-12 manat 6-7 dollar təşkil edir. Yəni dünən 9-10 dollara olan ət bu gün 6-7 dollara satılır"

BAKI, 19 mart — Sputnik. Kənd təsərrüfatı naziri Heydər Əsədov son zamanlar bəzi kənd təsərrüfatı məhsullarının bahalaşmasına münasibət bildirib.

Sputnik Azərbaycan bu barədə “APA-Economics”-ə istinadən xəbər verir.

Nazirin sözlərinə görə, qiymətin formalaşmasına müxtəlif aspektlərdən yanaşmaq lazımdır: “Bütün məhsulların, əmtəələrin qiyməti digərlərinə nisbətən formalaşır. Hansısa məhsul satılarsa, onun müqabilində digər əmtəənin alınması nəzərdə tutulur. Yadınızdadırsa, manatın devalvasiyasından qabaq ətin qiyməti 7-8 manat idi. Həmin 7-8 manat 9-10 dollara bərabər idi. Bu gün isə ətin qiyməti 10-12 manat arasında tərəddüd edir. 

Azərbaycanda ət və ət məhsullarının qiyməti - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Paytaxt və bölgələr arasında ətin qiymətində niyə bu qədər fərq var?

Düzdür, bəzi kütləvi informasiya vasitələri bunu çox şişirdir və iddia edir ki, ətin qiyməti 10-19 manatdır. Populizmə yol vermək olmaz. Müqayisə etsək, 10-12 manat 6-7 dollar təşkil edir. Yəni dünən 9-10 dollara olan ət bu gün 6-7 dollara satılır. Amma siz deyə bilərsiniz ki, ət yerli istehsal olan məhsuldur və bu səbəbdən qiymət sabit qalmalıdır. Mən bununla razı deyiləm. Bir daha qeyd edirəm ki, bütün istehsal olunan məhsullar istehlakla yanaşı digər əmtəələrə mübadilə olunmaq üçündür. Yəni onun qarşılığında digər malların alınması üçün istehsal olunur. Ət satan insan qarşılığında soyuducu, televizor və yaxud xarici valyuta ilə idxal olunan digər məhsulların alınması, ehtiyaclarının ödənilməsi üçün xərc çəkir. Mən hesab etmirəm ki, ətin qiymətində bu gün ciddi artım var. Devalvasiyadan sonrakı tendensiya göstərir ki, kənd təsərrüfatı məhsullarının qiymətində ciddi artım yoxdur”.

Nazir əlavə edib ki, mətbuat ancaq bahalaşmanı işıqlandırır, bir sıra məhsulların ucuzlaşmasına isə göz yumur: “Siz hər dəfə ətin bahalaşması ilə bağlı azı 5 sual verirsiniz. Lakin kartofun ucuzlaşmasına toxunan yoxdur. Heç kim qeyd etmir ki, ötən il kartofun 1 kiloqramının qiyməti 1 — 1,2 manat idi, hazırda isə 55 qəpikdir. O da yadınızdan çıxır ki, 1 — 1,5 manat olan 1 kiloqram soğan hazırda 15 qəpiyə satılır. Çox maraqlı yanaşmadır. Mətbuat rəqəmləri, informasiyanı, tendensiyanı dolğun, ətraflı təqdim etməlidir. Bir daha qeyd edirəm ki, məhsulların qiymətinə bir çox amillər təsir edir. Bəzi məhsullar bahalaşır, lakin bəzi məhsullar ucuzlaşır. Amma nədənsə jurnalistlər ancaq bahalaşmanı görür”. 

Fleischimport nach Russland - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nazirlik ətin qiymətinin artmadığını bəyan edib

Son zamanlar manatın bahalaşmasının qiymətlərə müsbət təsiri barədə suala isə nazir bu cür cavab verib: “Hələlik manat vur-tut 3-5% bahalaşıb. Yəqin ki, bir müddət sonra bunun təsiri barədə real nəticələri görəcəyik”.

H. Əsədov onu da qeyd edib ki, ətin bahalaşmasına təsir edən amillərdən biri də bayramqabağı tələbatın artmasıdır.

Xəbər lenti
0