CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik ətin qiymətinin artmadığını bəyan edib

© Sputnik / Vitaliy AnkovFleischimport nach Russland
Fleischimport nach Russland - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadiyyat və Sənaye Nazirliyi: Yarmarkalarda mal ətinin 1 kq-nın qiyməti 5,50-6 manat arasındadır.

BAKI, 28 dek-Sputnik. Son günlər bəzi KİV-lərdə ətin qiymətinin artması barədə yayılan məlumatların heç bir əsası yoxdur.

Bu barədə Sputnik-ə İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına mütəmadi olaraq nəzarət olunur və ətin qiymətində hər hansı dəyişiklik qeydə alınmayıb.

"Hazırda Bakıdakı satış məntəqələrində mal ətinin 1 kq-ı istehlakçılara 6,50-8 manat arasında təklif edilir. Qoyun ətinin 1 kq-ı isə əvvəlki aylarda olduğu kimi, 8-10 manata satılır. Bununla yanaşı, artıq Bakı və Sumqayıt şəhərlərində Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə satış yarmarkaları fəaliyyət göstərir. Həmin yarmarkalarda mal ətinin 1 kq-nın qiyməti 5,50-6 manat arasındadır"." — nazirliyin məlumatında bildirilir.

Xəbər lenti
0