Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Androloqdan kişilərə xəbərdarlıq: bunlar sonsuzluğa aparır

CC0 / amacchio / manQadın və kişi, arxiv şəkli
Qadın və kişi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kişilər ehtiyatlı olmalıdırlar, nizamsız cinsi həyat nəticədə reproduktiv orqanların iltihabına və tam disfunksiyasına gətirib çıxara bilər

BAKI, 11 mart — Sputnik. 20-30 yaşlı normal sağlam kişi sutkada minimum 1-2 dəfə cinsi əlaqədə olmalıdır. 

Bunu Sputnik Azərbaycan-a müsahibəsində Grand Hospital klinikasının həkim-androloqu Namiq İsmayılov deyib. 

© Photo : Grandhospital.azHəkim-androloq Namiq İsmayılov
Həkim-androloq Namiq İsmayılov - Sputnik Azərbaycan
Həkim-androloq Namiq İsmayılov

Onun sözlərinə görə, kişilər öz sağlamlıqlarının qeydinə qalmalı, idmanla məşğul olmalı və nizamsız olmayan cinsi əlaqələrdən qaçmalıdırlar. Hətta, yaxşı genetika belə, spirtli içkilər, o cümlədən pivə qəbul edən və beş ildən artıq siqaret çəkən kişilərin reproduktiv sağlamlığını uzun müddət qoruyub saxlaya bilmir. Azərbaycanda cinsi disfunksiyanın orta yaş həddi 40-dır. 

Yataqda uzanmış gənc qadın, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cinsi əlaqə, görün qadınlarda nələrə səbəb olur

Həkimin sözlərinə görə, seksin tezliyi insanın yaşayış yerindən asılıdır. İsmayılov işlədiyi və oxuduğu yer Moskva və Sankt-Peterburq olub. 

"Mən sizə sadə dillə deyim: Moskva və Piter müxtəlif dünyagörüşü və səviyyə deməkdir. Peterburq daha şimaldadır. Onlarda həftədə iki dəfə normadır. Moskvada həftədə 3-4 dəfə norma sayılır. Bizim ölkə cənubdadır. Bizdə stressli vəziyyətlər çox olur və bütün bunlar sağlamlığa təsir edir. İkincisi, emosional amil anlayışı var” – mütəxəssis bildirir.

Cinsi əlaqə tezliyinə təsir edən daha bir amil tərəfdaşdır. İsmayılov iddia edir ki, bəzən ailə məişəti emosional olaraq kişini durğunluq vəziyyətinə salır, kənar əlaqələr isə əksinə, cuşa gətirir. 

Ультразвуковое исследование беременной женщины, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Ana bətnində uşağın cinsini dəyişəcəklər

Gənc kişilərin sonsuzluğu

Əhalinin kişi təbəqəsinin qarşılaşdığı əsas problemlərdən biri də sonsuzluqdur. Həkim-androloq Azərbaycanda bu problemlə tez-tez üzləşdiyini deyib. Bu problemin belə geniş olmasının bir neçə səbəbi var. 

Bu amillərdən biri venaların varikoz genişlənməsidir. 

"Sovet dövründə bu problemlər praktiki olaraq yox idi. Hazırda bu çox kəskindir. Niyə? Çünki sovet dövründə dispanserlər və çağırış məntəqələri kimi məfhumlar mövcud idi. Çağırış yaşında olan oğlanlar ciddi yoxlamadan keçirdi və bundan sonra orduya çağırılırdı. Amma hazırda bu, baş vermir” — mütəxəssis deyib. 

O əmindir ki, çağırışçılar həqiqətən lazım olan peşəkar səviyyədə yoxlanmırlar. İllər keçəndən sonra 30-35 yaşında gənc kişilər həkim yanına getməli olurlar, lakin buna qədər 10-15 il ərzində varikosele öz işini görür. Venaların varikoz genişlənməsinin nəticələri xayaların kiçilməsi, cinsi gücün zəifləməsi, testosteron istehsalının azalması deməkdir. 

Женская рука, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kişilər bu səbəbdən həyat yoldaşları ilə seksdən qaçırlar

Bu kişi yalnız cinsi zəif olmur, o həm də ümumi fəallığını da itirir. Bütün bunlar orqanizmdə zəifliyə və sonsuzluğun əmələ gəlməsinə təkan verir.

İkinci yerdə cinsi infeksiyalar gəlirlər. Onlar da kişi sağlamlığına ciddi təsir göstərirlər. Hərdən nizamsız cinsi həyat sürən kişilər infeksiya daşıdıqlarının fərqində belə olmurlar. Nəticədə infeksiyalar çoxalma orqanlarıın iltihabına səbəb olurlar. 

Səhiyyə problemləri

İsmayılov bildirib ki, hazırda sözügedən sahədə müəyyən sərbəstlik olduğu üçün kişilər cinsi əlaqələrin nizamsızlığı barədə özlərinə hesabat vermirlər. Nəticə olaraq ölkədə QİÇS geniş yayılıb. Bir neçə il əvvəl Azərbaycanda evlənənlər QİÇS, hepatit B və C, sifilis və hemofiliyaya yoxlamağa başlayıblar. Lakin həkimin sözlərinə görə, hazırda istifadə olunan testlərin effekti azdır. Onlar xəstəlikıərin yalnız 30-40%-ni müəyyən edirlər, həm də bu xəstəliyin xroniki formasında baş verir, kəskin formalarda isə infeksiyanın mövcudluğunu müəyyən edə bilmirlər. 

Donald Tramp - Sputnik Azərbaycan
RUSİYA
Şok iddia: Trampın seks videosu Putinin əlindədir

Bundan əlavə, cinsi yollarda mövcud olan çoxsaylı digər infeksiyalar var ki, onlar az təhlükəli deyillər və insanın sağlamlığına ciddi ziyan vura bilərlər. Bu testlər yüksək qiymətlərə görə yeni evlənənlərə üçün əlçatan deyil. Həkimin sözlərinə görə, səhiyyənin digər problemi bir sıra klinikalardakı həmkarların aşağı ixtisas səviyyəsidir: “Hazırda Bakıda andrologiya ilə dermatoloqlar, veneroloqlar, terapevtlər məşğul olurlar. Onların çoxu özünü mütəxəssis kimi reklam edir, lakin ixtisas səviyyəsinin aşağı olması pasiyentlərə böyük zərbə vurur. Digər tərəfdən, mentalitetə uyğun olaraq bizim kişilər cinsi problemlərlə bağlı zəifliyi heç kim bilməsin deyə həkimə müraciət etmirlər. Bu, böyük problemdir. Onları arxayın etmək olar ki, 050 565 11 11 nömrəsinə zəng vurarlarsa, anonimlik qorunmaqla cinsi problemləri həll ediləcək. Problemdən qaçmaqla, o həll olunmur, onu mütəxəssislə həll etmək lazımdır”.

İsmayılov qeyri-peşəkar həkimlə bağlı bir əhvalatı da xatırladıb. Spermatozois konsentrasiyası az olan pasiyent bu “həkim”ə müraciət edib və sonuncu ona özünə sərf edən dərmanları təyin edib. Beləliklə, xəstə bir neçə il müalicə olunub və sonda anlayıb ki, həkimi dəyişmək lazımdır. Xəstənin vaxtı və pulları gedib. Nəticədə isə məlum olub ki, sperma konsentrasiyası bu vaxt ərzində sıfra düşdüyünə görə, o, artıq ata ola bilməyəcək.

İsmayılovun sözlərinə görə, qeyri-peşəkar həkimlər yaxşı reklam olunmuş paytaxt klinikalarında işləyirlər. 

Xəbər lenti
0