BAKI, 21 fev — Sputnik. Böyük Biritaniya alimləri uzun illər nikahda olan kişilərin həyat yoldaşları ilə cinsi əlaqədən qaçdıqlarını aydınlaşdırıblar. Bu barədə Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən məlumat verir.
Norveç Universitetinin elmi əməkdaşlarının keçirdikləri tədqiqatda 7 ilədək nikahda olan 100-dək cütlük iştirak edib. Tədqiqat göstərib ki, nikahın müddəti cütlüyün cinsi fəallığı ilə tərs mütənasibdir.
Belə davranışın səbəbi kişilərin ehtirasa gəlmək üçün aldıqları siqnaldadır. Belə ki, onlara qarşı tərəfdən hər hansı bir vizual siqnal bəs edir.
Bu siqnalları almaq üçün onlar pornoqrafik şəkillərə və filmlərə meyl edirlər. Bu tipli materiallar isə getdikcə kişilərin qadınlardan seksual tələblərinin artmasına səbəb olur ki, həyat yoldaşları da əksər hallarda bu tələbləri ödəyə bilmirlər.
Bu isə kişilərin həyat yoldaşlarından soyuması ilə nəticələnir.