BAKI, 4 dek — Sputnik. Ənənəvi seks qadının yaddaşına müsbət təsir göstərir. Sputnik xarici mətbuata istinadən xəbər verir ki, "Archives of Sexual Behaviour" nəşrinin yazdığına görə, bu qənaətə Kanadanın Makgila Universitetinin alimləri, apardıqları araşdırma nəticəsində gəliblər.
Sən demə, seks və hippokamplar (baş beynin limbik sisteminin bir hissəsi — emosiyaları tənzimləyir, yaddaşı konsolidasiya edir, qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa keçidi tənzimləyir) arasında əlaqə var. Mütəxəssislərin sözlərinə görə, tez-tez sekslə məşğul olan qadınlarda hippokamp sahəsindəki hüceyrələr fəal şəkildə inkişaf edir. Baş beyninin məhz bu hissəsi insanın yaddaşına və əsəb sisteminin işinə cavabdehdir.
Mütəxəssislərin keçirdiyi eksperimentdə 78 könüllü qadın iştirak edib. İştirakçıların yaşı 30-u keçməyib. Qadınlar bildiriblər ki, onlar tez-tez intim yaxınlıq edirlər.
Eksperiment iştirakçılarına bir sıra testləri yerinə yetirmək tapşırılıb. Məlum olub ki, tez-tez sekslə məşğul olan qadınlar çətin sözləri yaxşı xatırlayırlar. Amma maraqlıdır ki, bu qabiliyyət qadınların sekslə məşğul olduqları şəxsləri xatırlamaq və tanımaq istedadına təsir etmir.
Alimlər eksperimentin nəticələrindən çıxış edərək deyiblər: "Seks elə müsbət fiziki yükdür ki, o, nəinki təkcə sağlamlığı gücləndirir, eyni zamanda stresi götürür və yaddaşı gücləndirir".