CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın məşhur top modelindən "ilginc" etiraflar

Abunə olmaq
Model: "Ucuz reklama qaçanlar əsl modellərin qiymətini aşağı salırlar"

BAKI, 2 mart — Sputnik. Azərbaycanın sevilən modellərindən biri, "Miss Top Model Azerbaijan" gözəllik müsabiqəsinin iştirakçısı Əzizə Kərimli Sputnik Azərbaycan-a müsahibəsində modellik sənətinin çətinliklərindən və digər məsələlərdən danışıb.

© Sputnik / Murad Orujov"Miss Top Model Azerbaijan" gözəllik müsabiqəsinin iştirakçısı Əzizə Kərimli
Miss Top Model Azerbaijan gözəllik müsabiqəsinin iştirakçısı Əzizə Kərimli - Sputnik Azərbaycan
"Miss Top Model Azerbaijan" gözəllik müsabiqəsinin iştirakçısı Əzizə Kərimli

- Əzizə, siz niyə model olmaq qərarına gəlmisiz?

— Məktəbi bitirəndən sonra Azərbaycan Kooperasiya Universitetinə daxil oldum, anamın arzusu ilə mühasibliyi oxudum. Mən özüm isə tamam başqa yeri — Mədəniyyət və İncəsənət Universitetini arzulayırdım. Çünki uşaqlıqdan mahnı oxumağı, rəqs etməyi və rəsm çəkməyi xoşlayırdım. Özümü xatırlayandan kamera qarşısında poz verməyi xoşlayırdım, hətta uşaq bağçasında "moda göstərirdim". Diqqət mərkəzində olmağı, gözəl və zövqlə geyinməyi xoşlayıram. Model olmaq mənim ən böyük arzum idi və həmişə inanırdım ki, mütləq model olacam. Çünki mən təbiətən çox əzmkar insanam.

Fəridə İbrahimova - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı model Dubay sahillərində

- Bizim ölkədə bu peşəni elə də çox sevmirlər və valideynlərin çoxu da qızlarının model olmasına razılaşmırlar. Bəs sizin valideynləriniz seçiminizi necə qarşıladılar?

— Razıyam, bizdə bu peşə çox da sevilmir. Mən heç vaxt öz işimə mənfəət nöqteyi-nəzərindən yanaşmamışam. Sadəcə buna həvəsim var və bu, mənim hobbimdir. Valideynlərim əvvəl buna qarşı idilər. Onların razılığını almaq üçün aylarla danışmaq lazım gəldi. Hətta bir neçə dəfə kastinqlərə də getdim, amma onların razılığı olmadığına görə müsabiqədə iştirakdan imtina etməli oldum. Hesab edirəm ki, hər şey adamın özündən asılıdır. Hər bir sahənin yaxşı və pis tərəfləri var. Amma bilmək lazımdır ki, hər kəs öz addımlarına cavabdehdir. Valideynlərim mənə etibar edirlər, ona görə də model işləməyimə razılıq veriblər. Ən əsası odur ki, özün ol və etmək lazım olmayan şeyləri etmə.

Stefani Del Valle - Sputnik Azərbaycan
O, dünyanın ən gözəl qadını seçildi

- Bu peşənin hansı çətinlikləri var?

— Mən daim pəhriz saxlamalı, fitneslə məşğul olmalıyam. Daim formada qalmaq lazımdır. Hətta bəzən müsabiqədə iştirak etməli olsan, işlə hobbini birləşdirmək çətindir. Modellərin işi qara, küləyə, soyuğa, yağışa baxmır. Bütün peşələrin öz çətinliyi var.

- Bizim dövrümüzdə model olmağın hansı üstünlükləri var?

— Artıq qeyd etdiyim kimi, bu, mənim hobbimdir və burada heç bir mənfəət güdmürəm. Lakin son zamanlar bu peşəyə baxışlarım dəyişib. Çünki məni tez-tez müxtəlif layihələrdə iştiraka dəvət edirlər və mən öz qonorarımı alıram. Bəzən çəkilişlər 7 saata qədər davam edir. Lakin sonda elə də çox pul almırsan və aldığın qonorar çəkdiyin əziyyətə dəymir. Bu isə mənə sərf eləmir. Ona görə də, elə təkliflərdən imtina edirəm. Onlar reklam üçün istənilən məbləğə razı olan adamları axtarmalı olurlar. Bu səbəbdən də əsl modellərin işinin qiyməti aşağı düşür. Çox istərdim ki, peşəkar modelləri xaricdə olduğu kimi yüksək qiymətləndirsinlər.

- Hazırda modellər çoxdur, siz onlardan nə ilə fərqlənirsiz?

Gözəllik dünyanı xilas edəcək: Miss Union tacı Gürcüstan gözəlinin oldu - Sputnik Azərbaycan
VİDEO
Gözəllik dünyanı xilas edəcək: Miss Union tacı Gürcüstan gözəlinin oldu

— Əsl, peşəkar modellər bu gün çox azdır. Mən bu peşə ilə tanışlığı belə olmayan model qızların adlarını çəkmək istəmirəm. Qoy əvvəlcə bu peşənin bütün incəliklərini öyrənsinlər. Mən öz həmkarlarımdan tez və asanlıqla fərqlənirəm. Daim öz üzərində işləmək, fərqli obrazlar düşünmək lazımdır.  

- Siz çoxlu müsabiqələrdə iştirak etmisiz və hazırda "Miss Top Model"in iştirakçısısız…

— Bəli, siz haqlısız, mən çoxlu müsabiqələrdə iştirak etmişəm və birinci yeri tutmuşam. "Miss Top Model" yeni müsabiqədir. İnanıram ki, münsiflər heyətinin üzvləri ədalətli qiymət verəcəklər. Bütün rəqiblərimə uğurlar arzulayıram. Biz hamımız artıq bir ailəyik. Ona görə də, onların müsbət və mənfi cəhətlərindən danışmaq istəmirəm.

- Ölkəni xaricdə təmsil etmək arzunuz yoxdurmu? Sizə bu barədə təklif olub?

— "Miss Union" müsabiqəsinin təşkilatçıları tərəfindən olub. Mən bunun üçün Avstriyaya getməli idim. Həmçinin "Best Model of Turkey"dən də təklif olub, amma işimə görə gedə bilməmişəm. Bir neçə dəfə xaricdəki moda həftələrində iştirak etmişəm. Mənim planlarım çoxdur, amma hələlik açıqlamaq istəmirəm. Çünki heç də hamı mənim uğurlarıma sevinmir.

Xəbər lenti
0